• Az | Ru
    • ABOUT US
      • Our History
      • Structure
        • Managment
        • Department
        • Branches
      • For Children With Disabilities
      • Our projects
      • Rules of use
      • Photo gallery
      • Video Gallery
      • Media
      • Rainbow Magazine
      • Reports
      • Archive
      • Xəbərlər
    • NEW LITERATURE
      • New books
        • Our publications
        • Reissue
      • Electronic books
        • In Azerbaijani
        • In other language
        • Golden Fund
          • Literature
          • Sound Library
    • BIBLIOGRAPHIC SERVICE
      • Informational bibliography
        • Bibliographic indicators
        • Daycest
        • Slides
      • National Literature
        • Recommended literature
      • Scientific methodology
        • Methodological resources
        • Remarkable days
    • MULTIMEDIA
      • Virtual Exhibition
      • Audio Books
        • Talking books
        • Tales, stories, poems
        • Anecdotes for children
        • Textbooks
      • Cartoons
      • Children's songs
    • CONTACT
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Ən böyük sərvətimiz- Ana dili” adlı tədbir keçirildi
    20-02-2020 12:54:00

    Fevralın 20- də, F.Köçərli adına Respublika Uşaq Kitabxanası 21 fevral Beynəlxalq Ana Dili Günü münasibəti ilə “Ən böyük sərvətimiz- Ana dili” adlı tədbir keçirdi. Tədbirdə, Sabunçu rayon 215 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdləri iştirak etdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başladı. Tədbir çərçivəsində, Beynəlxalq Ana dili gününün yaranma tarixi haqqında məlumat verildi. Məktəblilərin ifasında  Ana dilimizə həsr olunmuş Tofiq Bayramın “Öz ana dilini bilməyənlərə”, Bəxtiyar Vahabzadənin “Ana dili”, Teyyub Qurbanın “Ana dilim”, Süleyman Rüstəmin “Dilimə dəymə”, “Ana dilim” şeirlərini söylədilər, “Ey vətən”, “Şirin dil”, “Ana dili”, “Azərbaycan Diyarı”, ”Bu gözəl vətən bizimdir” adlı mahnılar səsləndi. Bundan əlavə, şagirdlər ana dilimizə həsr edilən müdrik kəlamlar və ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər. Tədbirdə çıxış edən elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova, şagirdlərə  öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirməklə bağlı söhbət açdı. Qeyd etdi ki, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri var. Bu gün də Azərbaycan dövləti milli-mənəvi dəyərlərin qorunmasına və dilimizin inkişafına böyük qayğı ilə yanaşır. Ana dilimizin saflığını qorumaq, inkişaf etdirmək və onu dərindən öyrənmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Sonda uşaqlara kitabxana tərəfindən kitablar hədiyyə olundu.

     

    ABOUT US

    • Our History
    • Managment
    • Department
    • Branches
    • For Children With Disabilities
    • Our projects
    • Rules of use
    • Photo gallery
    • Video Gallery
    • Media
    • Rainbow Magazine
    • Reports
    • Archive
    • Xəbərlər

    NEW LITERATURE

    • Our publications
    • Reissue
    • Literature
    • Sound Library
    • In Azerbaijani
    • In other language

    BIBLIOGRAPHIC SERVICE

    • Bibliographic indicators
    • Daycest
    • Slides
    • Recommended literature
    • Methodological resources
    • Remarkable days

    Address:

    • Baku city, S.Vurgun street 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft