• Az | Ru
    • ABOUT US
      • Our History
      • Structure
        • Managment
        • Department
        • Branches
      • For Children With Disabilities
      • Our projects
      • Rules of use
      • Photo gallery
      • Video Gallery
      • Media
      • Rainbow Magazine
      • Reports
      • Archive
      • Xəbərlər
    • NEW LITERATURE
      • New books
        • Our publications
        • Reissue
      • Electronic books
        • In Azerbaijani
        • In other language
        • Golden Fund
          • Literature
          • Sound Library
    • BIBLIOGRAPHIC SERVICE
      • Informational bibliography
        • Bibliographic indicators
        • Daycest
        • Slides
      • National Literature
        • Recommended literature
      • Scientific methodology
        • Methodological resources
        • Remarkable days
    • MULTIMEDIA
      • Virtual Exhibition
      • Audio Books
        • Talking books
        • Tales, stories, poems
        • Anecdotes for children
        • Textbooks
      • Cartoons
      • Children's songs
    • CONTACT
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Xocalı - Qisas çağırışı, fəryad səsidir!” adlı tədbir keçirildi
    25-02-2020 12:57:00

    Fevralın 25-də,  F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Xocalı Soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Xocalı - Qisas çağırışı, fəryad səsidir!” adlı tədbir keçirildi. Tədbir Xocalı şəhidləri ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbir iştirakçıları Xocalı faciəsinə həsr olunmuş “Əsrin qətliamı” adlı çarxlı video slaydı izlədilər. Tədbirdə, uşaq yazarı Sevinc Nuruqızının soydaşlarımızın işgəncə dolu həyatına həsr etdiyi “Qisas” əsəri müzakirə olundu. Müzakirədə, Nəsimi rayon 8 nömrəli tam orta məktəbin 7- ci sinif şagirdləri iştirak etdilər. Tədbir çərçivəsində, yazarın əsərində yer alan obrazların əslində Xocalı soyqırımının qurbanlarının umumiləşdirilmiş obrazı olduğu geniş müzakirə olundu. Erməni silahlı dəstələrinin dinc əhaliyə etdiyi divan tarixi faktlarla bir daha yaddaşlarda möhkəmləndi. Tədbirin keçirilməsində əsas məqsəd gənc nəslin Vətənə, doğma torpağa məhəbbət və sədaqət hisslərinin gücləndirilməsi idi. Çox maraqlı diskussiya formasında keçən müzakirədə bütün uşaqlar iştirak etdilər, əsərlə bağlı onları maraqlandıran suallara cavab aldılar. Tədbirdə çıxış edən direktor müavini bildirdi ki, S.Nuruqızının Xocalı faciəsinə həsr etdiyi “Qisas” əsəri onun böyüklərə müraciətidir. Bir yazıçı kimi müharibənin uşaq taleyinə vurduğu zərbələrin nə qədər ağrılı olduğunu təkcə Azərbaycan adlı məkanın deyil, bütün dünyanın böyüklərinə çatdırmaq üçün yazdığı bir mesajdır. Bu kitabı oxuyan hər kəs erməni cəlladları tərəfindən ürəyi hərraca qoyulmuş bir uşağın qəlb ağrıdan hisslərini yaşayır. Yazıçının məqsədi əsirlikdə olan uşaqlarımızın yaşadığı bu dəhşətləri hər birimizə çatdırmaqdır. Qisas.....Bu qisası Qiyamətə saxlamaq olmaz! Bu qisas hər an yadda olmalıdır. Müdhiş qaranlıqlar qoynunda alçalanların, əzilənlərin harayını bütün dünya eşitməlidir!

     

    ABOUT US

    • Our History
    • Managment
    • Department
    • Branches
    • For Children With Disabilities
    • Our projects
    • Rules of use
    • Photo gallery
    • Video Gallery
    • Media
    • Rainbow Magazine
    • Reports
    • Archive
    • Xəbərlər

    NEW LITERATURE

    • Our publications
    • Reissue
    • Literature
    • Sound Library
    • In Azerbaijani
    • In other language

    BIBLIOGRAPHIC SERVICE

    • Bibliographic indicators
    • Daycest
    • Slides
    • Recommended literature
    • Methodological resources
    • Remarkable days

    Address:

    • Baku city, S.Vurgun street 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft