• Az | Ru
    • ABOUT US
      • Our History
      • Structure
        • Managment
        • Department
        • Branches
      • For Children With Disabilities
      • Our projects
      • Rules of use
      • Photo gallery
      • Video Gallery
      • Media
      • Rainbow Magazine
      • Reports
      • Archive
      • Xəbərlər
    • NEW LITERATURE
      • New books
        • Our publications
        • Reissue
      • Electronic books
        • In Azerbaijani
        • In other language
        • Golden Fund
          • Literature
          • Sound Library
    • BIBLIOGRAPHIC SERVICE
      • Informational bibliography
        • Bibliographic indicators
        • Daycest
        • Slides
      • National Literature
        • Recommended literature
      • Scientific methodology
        • Methodological resources
        • Remarkable days
    • MULTIMEDIA
      • Virtual Exhibition
      • Audio Books
        • Talking books
        • Tales, stories, poems
        • Anecdotes for children
        • Textbooks
      • Cartoons
      • Children's songs
    • CONTACT
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Yer üzünün günəşidir – xeyirxahlıq!” adlı tədbir keçirildi
    17-02-2020 12:52:00

    Fevralın 17- də F.Köçərli adına Respublika Uşaq Kitabxanası və C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin təşkilatçılığı ilə Sağlamlıq imkanları məhdud uşaqlar üçün  2 və 5 nömrəli Xüsusi İnternat Məktəbinin şagirdlərinin iştirakı ilə  17 fevral- Beynəlxalq Təmənnasız Xeyirxahlıq İfadəsi Günü münasibətilə Beynəlxalq Muğam Mərkəzində    “Yer üzünün günəşidir – xeyirxahlıq!” adlı tədbir keçirildi. Azərbaycanda xeyirxahlıq ideyalarının yaranması və inkişafı öz kökləri ilə qədim tarixə bağlıdır. İllərdən bəri xalqın təfəkkür, yaşayış tərzində mövcud olmuş, formalaşmış və daim yeni əlamətlərlə zənginləşməsi, xalqın milli dəyərləri kimi bu ideyaların xalq yaradıcılığında və bədii əsərlərdə də öz əksini tapması heç də təsadüfi deyil. Xeyirxahlıq, hamıya yaxşlıq hissi olaraq xalqımızın ayrılmaz və özünəməxsus  xüsusiyyətidir. Azərbaycan xalqı əsrlərboyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşadıb. F.Köçərli adına Respublika Uşaq Kitabxanası respublikamızda bütün uşaqların, o cümlədən,  sağlamlıq imkanları məhdud uşaqlar da daxil olmaqla yeni təhsil sisteminə uyğun şəkildə ədəbiyyatın kompleks təbliğini həyata keçirir. Tədbirin keçirilməsində əsas məqsəd yüksək insani keyfiyyətlərdən olan xeyirxahlığın gələcək nəsillərə təlqin etməklə cəmiyyətdə uşaqların humanist ruhda böyüməsinə təkan verməkdir. Tədbirdə  Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin (DAMM İB) vitse-prezidenti Hacı Quliyev, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, Mədəniyyət Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin vəTəhsil Nazirliyinin nümayəndələri, uşaq yazarları: Sevinc Nuruqızı, Gülzar İbrahimova, Elvira Məmmədova, Mehriban Nağıyeva, Qəşəm İsabəyli və.s qonaqlar iştirak edirdilər. Tədbir çərçivəsində təqdim edilən konsert proqramda  sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli xüsusi internat məktəbnin şagirdi Səməd Novruzov, Silent Communication və 2 nömrəli xüsusi internet məktəbinin xoru da iştirak etdilər. Ümumilikdə, proqram üzrə 12 musiqi nömrəsi təqdim edildi. Tədbirin sonunda çıxış edən F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova tədbirin əhəmiyyətini vurğulayaraq gələcəyimiz olan uşaqların xeyirxahlıq ideyaları ilə humanist ruhda böyüməsi üçün onlara daima dəstək olacağımızı bildirdi. Qeyd etdi ki, yüksək insani keyfiyyətlər bizi daha da birləşdirir, birliyimizlə,  həmrəyliyimizlə layiqli övladlar yetişdirməyə sövq edir. Tədbirdə çıxış edən, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva  tədbirin vacibliyini qeyd edərək, bütün uşaqların humanist ruhda xeyirxahlıq ideyaları ilə böyüməsini arzu etdi. Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin (DAMM İB) vitse-prezidenti Hacı Quliyev, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim də öz növbələrində, tədbirin vacibliyini xüsusi vurğuladılar. Sonda uşaqlara kitabxana tərəfindən təsis edilən ” Göy Qurşağı” uşaq jurnalı hədiyyə edildi.

     

    ABOUT US

    • Our History
    • Managment
    • Department
    • Branches
    • For Children With Disabilities
    • Our projects
    • Rules of use
    • Photo gallery
    • Video Gallery
    • Media
    • Rainbow Magazine
    • Reports
    • Archive
    • Xəbərlər

    NEW LITERATURE

    • Our publications
    • Reissue
    • Literature
    • Sound Library
    • In Azerbaijani
    • In other language

    BIBLIOGRAPHIC SERVICE

    • Bibliographic indicators
    • Daycest
    • Slides
    • Recommended literature
    • Methodological resources
    • Remarkable days

    Address:

    • Baku city, S.Vurgun street 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft