• Az | Ru
    • ABOUT US
      • Our History
      • Structure
        • Managment
        • Department
        • Branches
      • For Children With Disabilities
      • Our projects
      • Rules of use
      • Photo gallery
      • Video Gallery
      • Media
      • Rainbow Magazine
      • Reports
      • Archive
      • Xəbərlər
    • NEW LITERATURE
      • New books
        • Our publications
        • Reissue
      • Electronic books
        • In Azerbaijani
        • In other language
        • Golden Fund
          • Literature
          • Sound Library
    • BIBLIOGRAPHIC SERVICE
      • Informational bibliography
        • Bibliographic indicators
        • Daycest
        • Slides
      • National Literature
        • Recommended literature
      • Scientific methodology
        • Methodological resources
        • Remarkable days
    • MULTIMEDIA
      • Virtual Exhibition
      • Audio Books
        • Talking books
        • Tales, stories, poems
        • Anecdotes for children
        • Textbooks
      • Cartoons
      • Children's songs
    • CONTACT
    Az | Ru
      • AZ
      • RU
    logo
    Gəncəvinin “Yeddi gözəl” poeması əsasında uşaqlar üçün işlənmiş elektron kitabın təqdimat mərasimi keçirildi
    07-10-2021 11:46:00

    Oktyabrın 7-də Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və F. Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə əməkdaşlığı ilə Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında uşaqlar üçün işlənmiş elektron kitabın təqdimat mərasimi keçirildi. 

    Tədbir C.Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin şagirdi Atilla Məmmədovun ifasında sözləri Nizami Gəncəviyə, musiqisi Üzeyir Hacıbəyliyə məxsus "Sevgili canan" romansının səsləndirilməsi ilə başladı. 

    Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva layihənin əhəmiyyətini vurğulayaraq qeyd etdi ki, kitab milli kimliyimizi dərk etməmizdə mühüm bir vasitədir. 

    F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova layihənin ərsəyə gəlməsi haqqında məlumat verdi. Ş.Qəmbərova kitabın ərsəyə gəlməsində onun orjinallığının qorunub saxlanıldığını diqqətə çatdırdı. Qeyd etdi ki, kitabda öz əksini tapan rəsm əsərləri 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin palitra rəsm studiyasının şagirdləri tərəfindən Nizaminin “Yeddi Gözəl” əsəri əsasında çəkilmişdir. Kitabın üz qabığının müəllifi isə həmin studiyanın müəllimi Nərmin Abdullayevadır. 

    Daha sonra Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid və AYB-nin katibi, şair, tərcüməçi Səlim Babullaoğlu çıxış edərək kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsi təbrik etdilər. 

    Tədbirin bədii hissəsində 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin "Çiçəyim" Uşaq Teatrının üzvləri Cəmili İbrahimli və Yusif Allahverdiyevin ifasında Nizami Gəncəvinin "Yeddi gözəl" poemasından "Xeyir və Şər", mərkəzin "Gənc aktyorlar" dərnəyinin üzvü Türkan Nəcəfovanın ifasında isə dahi şairin "Sirlər xəzinəsi" poemasından "Ölçülü sözün ölçüsüz sözdən üstünlüyü" şeirləri səsləndirildi.

    Sonda iştirakçı uşaqlara hədiyyələr təqdim olundu və xatirə şəkilləri çəkildi.

    ABOUT US

    • Our History
    • Managment
    • Department
    • Branches
    • For Children With Disabilities
    • Our projects
    • Rules of use
    • Photo gallery
    • Video Gallery
    • Media
    • Rainbow Magazine
    • Reports
    • Archive
    • Xəbərlər

    NEW LITERATURE

    • Our publications
    • Reissue
    • Literature
    • Sound Library
    • In Azerbaijani
    • In other language

    BIBLIOGRAPHIC SERVICE

    • Bibliographic indicators
    • Daycest
    • Slides
    • Recommended literature
    • Methodological resources
    • Remarkable days

    Address:

    • Baku city, S.Vurgun street 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft