• Az | Ru
    • ABOUT US
      • Our History
      • Structure
        • Managment
        • Department
        • Branches
      • For Children With Disabilities
      • Our projects
      • Rules of use
      • Photo gallery
      • Video Gallery
      • Media
      • Rainbow Magazine
      • Reports
      • Archive
      • Xəbərlər
    • NEW LITERATURE
      • New books
        • Our publications
        • Reissue
      • Electronic books
        • In Azerbaijani
        • In other language
        • Golden Fund
          • Literature
          • Sound Library
    • BIBLIOGRAPHIC SERVICE
      • Informational bibliography
        • Bibliographic indicators
        • Daycest
        • Slides
      • National Literature
        • Recommended literature
      • Scientific methodology
        • Methodological resources
        • Remarkable days
    • MULTIMEDIA
      • Virtual Exhibition
      • Audio Books
        • Talking books
        • Tales, stories, poems
        • Anecdotes for children
        • Textbooks
      • Cartoons
      • Children's songs
    • CONTACT
    Az | Ru
      • AZ
      • RU
    logo
    Hekayə müsabiqəsi əsasında nəşr olunan kitabın təqdimatı keçirildi
    03-11-2021 18:27:00

    03.11.2021-ci  il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatcılığı ilə 8 noyabr Zəfər gününə həsr olunmuş «Rəşadətlə yaşayanlar-Ölümü fəth edənlər” adlı ümumrespublika hekayə müsabiqəsinin yekun mərhələsi “LİBRAF” Kitab Evində baş tutdu.

    Tədbir Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükütla yad edilməsi ilə başladı.

    Hər bir insan yurduna sadiq və layiq vətəndaş olmağı üçün əlindən gələni etməlidir. Biz hamımız Azərbaycanımızı işıqlı sabahlara, aydın gələcəyə qovuşdurmağa çalışmalıyıq. Yurdumuzda gözü olan düşmənləri qəlbimizdəki Vətən sevgisinin gücü, Vətən məhəbbətinin atəşi ilə yandırıb məhv etməliyik. Vətən yalnız ona görə böyük deyil ki, onun qəhrəmanlıq keçmişi, sənət və mədəniyyətlə zəngin, insanların nəcib əməlləri ilə dolu keçmişi vardır. Vətən həm də ona görə böyük və qiymətlidir ki, onda ulu babalarımızın ölməz izi var. Və bu izlər hər birimizə ana südü qədər şirin, təmizdir, ana qucağı tək isti və doğmadır.

    Hekayələrin hər birini oxuduqda, bir insan ömrünün taleyinə yazılmış qəhrəmanlıq salnaməsinə diqqət yetirdikdə, dəyişməyən bir həqiqətin şahidi olursan. İnsanlarda anadangəlmə hiss, duyğu olan, nəyinsə, kiminsə naminə canından belə keçmək cəsarəti məqamı yetişəndə başqalarından fərqli xüsusiyyət mütləq özünü büruzə verir. İnsanı məhkum etmək olar, lakin şücaəti, mərdliyi, vətənpərvərliyi şərəfi və fədakarlığı boğmaq olmaz. Milli mənsubluğuna görə fərqlənən bu keyfiyyət insanın daxili gücünün, qətiyyətinin, bəzən də barışmazlığın, ədalətsizliyə qarşı mübarizliyin nümunəsi, məkanı isə müqəddəs sayılan şəhidlik zirvəsi olur.

    Yalnız Vətəni müqəddəs sayaraq canından keçməyi bacaran qəhrəmanlar yetirən xalqın şəhidi olur. “Ünvansız məktub”, “Şəhid qardaşım” hekayəsində şəhidlik zirvəsinə ucalan övladlarının şücaəti, oğul itkisinə mətanətlə dözən müqəddəs anaların dəyanəti göstərilir. “Ölməzliyə qovuşan Cəbrayıl” və “Biri vardı, bir yox…” hekayələrində uşaqlar Azərbaycanın xoşbəxt gələcəyini, şəhid şəhərlərin abad, firavan olduğunu, şəhidlərin heç vaxt unudulmadıqlarını ürəklərinin səsi ilə qələmə alıblar. Kitabdakı hekayələr və çəkillər uşaq və yeniyetmələrə aiddir.

    Müsabiqə çərçivəsində təqdim olunan hekayələrdən 25-i  münsiflər üzləri tərəfindən seçilərək “Ölümü fəth edənlər” adlı kitaba daxil edilib. Kitab “Təhsil nəşriyyatında nəşr olunub. Kitabın ideya müəllifi Zahira Dadaşova, redaktoru uşaq yazarı Sevinc Nuruqızıdır.

    Təqdimatda şəhid ailələri, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kitab sənayesi şöbəsinin əməkdaşı İslam Hüseynov,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin əməkdaşı Günel Nağdəliyeva, uşaq yazarlarından Zahid Xəlil, Sevinc Nuruqızı, Mehriban Nağıyeva, Mina Rəşid, Şair-publisist,  Nəzakət Məmmədova, “Təhsil” nəşriyyatının direktoru Tural Axundov, müsabiqədə qalib uşaqlar, hekayələr əsasında rəsm əsəri çəkən uşaqlar, KİV-in əməkdaşları  və s. qonaqlar iştirak etdilər.

    Tədbirdə çıxış edən kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova çıxış edərək, Respublika Uşaq Kitabxanasının hərb və vətənpərvərlik mövzusunda səmərəli silsilə tədbir və layihələrə imza atdığını bildirdi. Keçirilən müsabiqə və müsabiqə əsasında ərsəyə gələn kitab haqqında ətraflı məlumat verdi. O, bu kitabı böyük fərəh hissi ilə oxuculara təqdim etdiyini söylədi. Qeyd etdi ki, bizlərə bu qələbə sevincini yaşadan qəhrəman oğullarınımızı illər, hətta əsrlər keçsə belə unutmayacaq  daim adlarını qürür hissi ilə anacayıq. Ş.Qəmbərova vurğuladı ki, hekayələrin hər biri böyük vətənpərvərlik hissi ilə yazılıb. 

    Tədbir çərçivəsində çıxış edən qonaqların hər biri öz növbəsində müsabiqənin əhəmiyyətini vurğuladı. 

    Tədbirin sonunda müsabiqə qaliblərinə Xarı Bülbül döş nişanı, diplom və kitab hədiyyələri təqdim edildi.

    Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd yeniyetmələrdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, milli həmrəylik və qəhrəmanlıq kimi ülvi hislərin aşılanması, vətənimizin suverenliyi uğrunda Azərbaycan əsgərinin döyüş rəşadəti və şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə gələcək nəsillər üçün yeni bədii mətnlərin yaradılması, yaradıcı potensialı olan hər bir kəsi müsabiqəyə cəlb etməklə mövzu baxımından müasir ədəbi əsərlərin yazılmasına stimul verməklə istedadlı gəncləri üzə çıxarmaq idi.

    ABOUT US

    • Our History
    • Managment
    • Department
    • Branches
    • For Children With Disabilities
    • Our projects
    • Rules of use
    • Photo gallery
    • Video Gallery
    • Media
    • Rainbow Magazine
    • Reports
    • Archive
    • Xəbərlər

    NEW LITERATURE

    • Our publications
    • Reissue
    • Literature
    • Sound Library
    • In Azerbaijani
    • In other language

    BIBLIOGRAPHIC SERVICE

    • Bibliographic indicators
    • Daycest
    • Slides
    • Recommended literature
    • Methodological resources
    • Remarkable days

    Address:

    • Baku city, S.Vurgun street 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft