• Az | Ru
    • ABOUT US
      • Our History
      • Structure
        • Managment
        • Department
        • Branches
      • For Children With Disabilities
      • Our projects
      • Rules of use
      • Photo gallery
      • Video Gallery
      • Media
      • Rainbow Magazine
      • Reports
      • Archive
      • Xəbərlər
    • NEW LITERATURE
      • New books
        • Our publications
        • Reissue
      • Electronic books
        • In Azerbaijani
        • In other language
        • Golden Fund
          • Literature
          • Sound Library
    • BIBLIOGRAPHIC SERVICE
      • Informational bibliography
        • Bibliographic indicators
        • Daycest
        • Slides
      • National Literature
        • Recommended literature
      • Scientific methodology
        • Methodological resources
        • Remarkable days
    • MULTIMEDIA
      • Virtual Exhibition
      • Audio Books
        • Talking books
        • Tales, stories, poems
        • Anecdotes for children
        • Textbooks
      • Cartoons
      • Children's songs
    • CONTACT
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Şeirimizin bayraqdarı” adlı vəsaiti istifadəçilərə təqdim edildi
    18-02-2021 12:51:00

    Vəsait  Səməd Vurğunun 115 illik yubileyi münasibəti ilə Mərkəzi kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün nəzərdə tutulmuşdur. Səməd Vurğun xalq ədəbiyyatı ilə yazılı ədəbiyyatın bizə yaxın olan ən böyük körpüsüdür. Şairin irsi çox zəngin və rəngarəngdir. Səməd Vurğun görkəmli şair, istedadlı dramaturq, alovlu publisist, tənqidçi və nəzəriyyəçi, tərcüməçi, sülh uğrunda mübariz, mətin, dövlət xadimi kimi tanınmışdır. 

    Vəsaitdə şairin üç yüzdən yuxarı ictimai-siyasi məzmunlu şeir, iyirmi altı poema, beş mənzum dram, iki yüzə yaxın məqalə, oçerkləri haqqında ətraflı məlumat verilib. Şairin  yaradıcılığında vətən və xalq əsas aparıcı motivdir. 

    Vəsaitin I hissəsində şairin zəhmət adamlarının əməyini, hünərini ustalıqla qiymətləndirdiyi “Buxtada”, “Bir səhər” , “Muğan” poeması , “Muğanın yeni dövranı” , “Mingəçevir işıqları” və başqa əsərləri haqqında ətraflı məlumat təqdim edilir. Həmçinin, şairin tərcümələrindən dahi Nizaminin “Leyli və Məcnun” dastanı, rus şairi A.S.Puşkinin “Yevgeni Onegin” mənzum romanı, Ş.Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poeması, M.Qorkinin “Qız və ölüm” poemasının təhlili də yer almışdır. Vəsaitin II hissəsində şairin “Vaqif”, “Aygün”, “Bəsti”, “Aybəniz”, “Xanlar”, “Fərhad və Şirin”, “İnsan” kimi qiymətli dram əsərlərinin  müzakirəsi verilmişdir.  Vəsaitin III hissəsində şairin uşaqlar üçün qələmə aldığı “Sənət”, “Bahar şərqisi”, “İki körpə”, “Sünbül”, “Tarla nəğməsi”, “Uşaq bağçası”, “Deyin, gülün, övladlarım”, “Ayın əfsanəsi”, “Vətəninə məftun olacaqdır” şeirləri əsasında hazırlanacaq ədəbi-bədii gecənin ssenarisi istifadəçilərə təqdim edilir. Vəsaitin sonunda mövzuya uyğun ədəbiyyat siyahısı təqdim edilir.

    https://clb.az/arxiv2021/eirimizin-bayraqdar-smd-vurun_d3044.html

    ABOUT US

    • Our History
    • Managment
    • Department
    • Branches
    • For Children With Disabilities
    • Our projects
    • Rules of use
    • Photo gallery
    • Video Gallery
    • Media
    • Rainbow Magazine
    • Reports
    • Archive
    • Xəbərlər

    NEW LITERATURE

    • Our publications
    • Reissue
    • Literature
    • Sound Library
    • In Azerbaijani
    • In other language

    BIBLIOGRAPHIC SERVICE

    • Bibliographic indicators
    • Daycest
    • Slides
    • Recommended literature
    • Methodological resources
    • Remarkable days

    Address:

    • Baku city, S.Vurgun street 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft