• Az | Ru
    • ABOUT US
      • Our History
      • Structure
        • Managment
        • Department
        • Branches
      • For Children With Disabilities
      • Our projects
      • Rules of use
      • Photo gallery
      • Video Gallery
      • Media
      • Rainbow Magazine
      • Reports
      • Archive
      • Xəbərlər
    • NEW LITERATURE
      • New books
        • Our publications
        • Reissue
      • Electronic books
        • In Azerbaijani
        • In other language
        • Golden Fund
          • Literature
          • Sound Library
    • BIBLIOGRAPHIC SERVICE
      • Informational bibliography
        • Bibliographic indicators
        • Daycest
        • Slides
      • National Literature
        • Recommended literature
      • Scientific methodology
        • Methodological resources
        • Remarkable days
    • MULTIMEDIA
      • Virtual Exhibition
      • Audio Books
        • Talking books
        • Tales, stories, poems
        • Anecdotes for children
        • Textbooks
      • Cartoons
      • Children's songs
    • CONTACT
    Az | Ru
      • AZ
      • RU
    logo
    Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş “Xocalı Qaranlıqdan işığa” adlı videokonfrans keçirildi
    25-02-2021 14:04:00

    Videokonfransda kitabxananın elmi işlər üzrə direktor müavini  Zahirə Dadaşova, İdrak liseyinin direktoru Fikrət Qasımov, tədqiqatçı-jurnalist, Xocalı faciəsinin canlı şahidi Səriyyə Müslümqızı, İdrak liseyinin müəllim və şagird kollektivi iştirak etdilər.

    Videokonfrans Xocalı soyqırım qurbanlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Zahirə xanım çıxışında Heydər Əliyev adına fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyasının əhəmiyyətindən danışaraq qeyd etdi ki, artıq bir çox dövlətlər Xocalıda törədilən qırğını soyqırım kimi qəbul edib. Xocalı faciəsi ermənilərin törətdikləri çoxsaylı müharibə cinayətləri sırasında xüsusi amansızlığı ilə fərqlənir. Tədbirdə  Zahirə xanım uşaq yazarlarından Sevinc Nuruqızının “Balaca və Cubbulu”, “Qisas”, Ələmdar Quluzadənin “Qadan mənə Qarabağ”, Qəşəm İsabəylinin “Leyləyin intiqamı”, Səriyyə Müslümqızının “Onlar heç vaxt böyüməyəcək”, “Xocalı uşaqları - Qar içində qan çiçəyi”, Elxan Elatlının “Cəhənnəmdən gələn səs” və digər kitabları,  gənc yazar Sevinc Elsevərin “Ürəyində bir arzu tut” əsəri əsasında hazırlanmış və Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulmuş “Arzu və Murad” tamaşası haqqında əraflı məlumat  verdi. Görüşdə çıxış edən  şəhid şəhərin sakini, hadisələrin canlı şahidi  “Xocalının səsi” qəzetinin redaktoru olmuş Səriyyə Müslümqızı: “Həmin gecə yaddaşıma bir kabus kimi həkk olunub. Həmin gecə öldürülən uşaqlar haqqında, mənim sevimli şagirdlərim haqqında “Onlar heç vaxt böyüməyəcək” kitabıma xatirələrimi köçürtmüşəm. Bu kitablar 4 dildə çap olunaraq bir çox olkələrə  yayımlanmışdır. Xocalıya qayıtmağa çox qısa müddət qalıb. Biz Xocalı soyqırımını bütün dünyada tanıtmağa çalışmalıyıq. Ərazi bütövlüyümüz bərpa olunsa da bizə vurulan yaralar sağalmayıb. Faciələrimizə biganə yanaşmağa bizim haqqımız yoxdur, Vətən müharibəsində göstərdiyimiz həmrəyliyi Xocalı soyqırımı ərəfəsində də nümayiş etdirməliyik. Azərbaycanın xoşbəxt gələcəyinin inkişafı, erməni işğalçılarının mənfur əməllərinin beynəlxalq müstəvidə tanınması həm də siz uşaqların əlindədir”  – deyə çıxışını bitirdi. Onlayn görüşdə məktəblilərin yazıçıya sualları cavablandırıldı. Səriyyə Müslümqızının “Onlar heç vaxt böyüməyəcək” əsərindən uşaqların hazırladıqları  video  slayd təqdim edildi. Xocalı soyqırımının builki ildonümünə xüsusi mənzum verən fakt – erməni qatillərinin 29 il sonra müharibə meydanında məhv edilməsi oldu. 44 günlük zəfər savaşında Azərbaycanın qəhrəman oğulları Xocalı canilərini məhv etməklə qətliam qurbanlarının qisasını aldılar. Xocalının günahsız qurbanlarının ruhu rahatlığa,   “ Xocalı Qaranlıqdan İişığa” qovuşdu. 

    ABOUT US

    • Our History
    • Managment
    • Department
    • Branches
    • For Children With Disabilities
    • Our projects
    • Rules of use
    • Photo gallery
    • Video Gallery
    • Media
    • Rainbow Magazine
    • Reports
    • Archive
    • Xəbərlər

    NEW LITERATURE

    • Our publications
    • Reissue
    • Literature
    • Sound Library
    • In Azerbaijani
    • In other language

    BIBLIOGRAPHIC SERVICE

    • Bibliographic indicators
    • Daycest
    • Slides
    • Recommended literature
    • Methodological resources
    • Remarkable days

    Address:

    • Baku city, S.Vurgun street 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft