18 yanvar “Kaspi -Ağ şəhər” liseyi və Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə əməkdaşlığı çərçivəsində “20 Yanvar! Xalqımızın qəhrəmanlıq salnaməsi” adlı tədbir təşkil olunmuşdur. Tədbirin rəsmi hissəsində Ulu öndər Heydər Əliyev və 20 Yanvar hadisələri ilə bağlı videoçarx izlənilmişdir.
Daha sonra həmin günün canlı şahidi olan və böyük hünər göstərən qəhrəman dənizçilərimizdən biri “Komsomolun 40 illiyi” gəmisinin kapitanı Kərəm Məmmədov dənizçilərin birliyindən, xalqa dəstəyindən tədbir iştirakçilarına bəhs etdi.
Bədii hissədə lisey şagirdləri tərəfindən Şuşadan Bakıya uçan təyyarəyədə baş verən görüş səhnələşdirildi. Xor dərnəyi tərəfindən “Ulu Vətən” musiqisi, “Gənc oxucular” dərnəyi - B.Vahabazadənin “Şəhidlər” şeri, Rəqs dərnəyi isə rəqs kompozisiyasını təqdim etdilər.
Tədbirin keçirilməsində əsas məqsəd gənc nəslin vətənpərlik ruhunda tərbiyələndirilməsi və yeniyetmələrdə milli mənəvi hisslərin daha yüksək şəkildə dəyərləndirilməsidir.
İştirakçı qonaqalar çıxışlarında məktəblilərə müraciətdə müstəqillik və azadlıq yolunda mücadilələri heç zaman unutmamağı tövsiyə etdilər.
Sonda tədbir iştirakçıları ilə bərabər xatirə şəkilləri çəkildi.





