17- 22 oktyabr tarixlərində Binəqədi rayonu 306, Xətai rayon 245 nömrəli tam orta məktəb və 5 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin V-VI sinif şagirdləri F.Köçərli adına Respublika uşaq Kitabxanasında oldular. Kitabxana əməkdaşı məktəblilərə kitabxananın fəaliyyəti və istifada qaydaları, kitab sərgiləri, elektron kitabxana haqqında ətraflı məlumat verdi.
Daha sonra məktəblilərə kitabxananın böyük oxu zalında Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, tanınmış maarifpərvər, ictimai xadim, publisist-yazıçı, uşaq folklor antalogiyasının banisi, tənqidçi və tərcüməçi Firidun bəy Əhməd ağa oğlu Köçərlinin həyat və yaradıcılığından danışdı. Əməkdaşlar kitabxana ilə bağlı uşaqlara maraqlı olan bütün sualları cavablandırdılar.
Sonda məktəblilər F.Köçərliyə həsr olunmuş sənədli filmi izlədilər və kitabxanadan xoş əhval-ruhiyyə ilə ayrıldılar.