13 may 2022- ci il tarixində F. Köçərli adına Respublika Uşaq Kitabxanası ilə Bakı Kitab Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində növbəti “Oxu saatı” təşkil olundu. “Oxu saatı”nın qonağı teleaparıcı - Azər Süleymanlı oldu. Azər Süleymanlı mərkəzə gələn uşaqlar üçün “Balaca qızın sevinci”,“ Bremen Çalğıçıları”, “Şir və Siçan”, “Komputerin Kələyi” və “Miyo eləyən kim idi?” nağıllarını oxudu. Jest dilinə nağılları “Silent Communication” komandasının rəhbəri, təlimçi Şamil Sabirzadə tərcümə etdi.Azər Süleymanlı uşaqlara oxuduğu maraqlı nağıllardan suallar da verdi. Görüşdə, həmçinin 3 №-li xüsusi internat məktəbinin sağlamlıq imkanları məhdud uşaqları da iştirak edirdi. Azər Süleymanlının qiraətində səsləndirilən nağıllar uşaqların böyük marağına səbəb oldu. Tədbir, Azər Süleymanlının uşaqlarla birlkdə xatirə şəkli çəkdirməsi ilə sona yetdi.








