• Az | Ru
    • ABOUT US
      • Our History
      • Structure
        • Managment
        • Department
        • Branches
      • For Children With Disabilities
      • Our projects
      • Rules of use
      • Photo gallery
      • Video Gallery
      • Media
      • Rainbow Magazine
      • Reports
      • Archive
      • Xəbərlər
    • NEW LITERATURE
      • New books
        • Our publications
        • Reissue
      • Electronic books
        • In Azerbaijani
        • In other language
        • Golden Fund
          • Literature
          • Sound Library
    • BIBLIOGRAPHIC SERVICE
      • Informational bibliography
        • Bibliographic indicators
        • Daycest
        • Slides
      • National Literature
        • Recommended literature
      • Scientific methodology
        • Methodological resources
        • Remarkable days
    • MULTIMEDIA
      • Virtual Exhibition
      • Audio Books
        • Talking books
        • Tales, stories, poems
        • Anecdotes for children
        • Textbooks
      • Cartoons
      • Children's songs
    • CONTACT
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Kiçik Ürəklərdə Zəfər Rəngləri” adlı 8 noyabr zəfər gününə həsr olunmuş uşaq və yeniyetmələrin rəsm və əl işlərinin sərgisi baş tutdu
    02-11-2022 16:11:00

    1 noyabr tarixində Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Xətai Sənət Mərkəzində “8 noyabr Zəfər Günü”nə həsr olunmuş “Kiçik Ürəklərdə Zəfər Rəngləri” adlı uşaq və yeniyetmələrin rəsm və əl işlərinin sərgisi baş tutub.

    Sərginin  təşkilində əsas məqsəd 7-17 yaş arası uşaq və yeniyetmələrdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərə milli həmrəylik və qəhrəmanlıq dolu ülvi hisslərin aşılanması, Vətənimizin suverenliyi uğrunda Azərbaycan əsgərinin döyüş rəşadəti və şəhidlərimizin xatirəsini əbədiləşdirmək, milli-mənəvi dəyərlərimizi təbliğ etməklə Qarabağın zəngin tarix və mədəniyyət abidələrini uşaq və yeniyetmələrə tanıtdırmaq, istedadlı uşaqları üzə çıxarmaq, eləcə də yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdir.       

    Sərgidə əbədi əzəli Azərbaycan torpaqlarını, Şuşa, Xudafərin körpüsü, zəfərimizin nişanəsi olan üç rəngli bayrağımızı, xarıbülbülü, qəhrəman əsgərlərimizi  özündə əks etdirən 80 dən çox rəsmlər və əl işləri  nümayiş olunub.

    Sərgi çərçivəsində  201, 144 saylı tam orta məktəb, 43, 49 saylı lisey, 3 və 5 nömrəli Uşaq – Gənclər İnkişaf Mərkəzi,  Azərbaycan Gəncliyə Yardım Fondu, İncəsənət Gimnaziyası uşaqlarının rəsmləri  və Zəngi liseyi 4a sinif şagirdlərinin əl işləri təqdim edilib.

    Sərgidə  Xalq rəssamı Arif Hüseynov,  Respublika  “Xatirə kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diroktoru Lalə Qəti, şair-publisist Rəfael Tağızadə,5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diroktoru Elza Orucova və Vətən müharibəsi qaziləri  iştirak ediblər.

    F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova çıxış edərək 44 günlük Zəfər tarixini tərənnüm edən istənilən layihənin, tədbirlərin, kitab təqdimatlarının, sərgilərin, müsabiqələrin və digər layihələrin keçirilməsinin böyük şərəfli bir missiya olduğunu bildirib və bu kimi tədbirlərin Azərbaycan əsgərinin döyüş rəşadəti və şəhidlərimizin əziz xatirəsini əbədiləşdirməklə gənc nəslin tərbiyyə olunmasında qəhrəmanlarımızın  həyatlarının örnək olduğunu bildirib. O qeyd edib ki,  torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalan bütün qəhrəman oğullarımız daim Azərbaycan xalqının qəlbində yaşayacaq, onların göstərdikləri qəhrəmanlıq tarixdə əbədi qalacaq.

    Sərgi çərçivəsində  5 saylı Uşaq - Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri musiqi nömrələri ilə çıxış ediblər.

    Sonda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Azərbaycan Gənc Tamaşaçılar Teatrı  tədbirə dəstək məqsədilə iştirakçı uşqlara “Zəfər yolu” və “Sinbad” tamaşalarına bilet hədiyyə etdilər.

     

     

     

     

     

    ABOUT US

    • Our History
    • Managment
    • Department
    • Branches
    • For Children With Disabilities
    • Our projects
    • Rules of use
    • Photo gallery
    • Video Gallery
    • Media
    • Rainbow Magazine
    • Reports
    • Archive
    • Xəbərlər

    NEW LITERATURE

    • Our publications
    • Reissue
    • Literature
    • Sound Library
    • In Azerbaijani
    • In other language

    BIBLIOGRAPHIC SERVICE

    • Bibliographic indicators
    • Daycest
    • Slides
    • Recommended literature
    • Methodological resources
    • Remarkable days

    Address:

    • Baku city, S.Vurgun street 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft