• Az | Ru
    • ABOUT US
      • Our History
      • Structure
        • Managment
        • Department
        • Branches
      • For Children With Disabilities
      • Our projects
      • Rules of use
      • Photo gallery
      • Video Gallery
      • Media
      • Rainbow Magazine
      • Reports
      • Archive
      • Xəbərlər
    • NEW LITERATURE
      • New books
        • Our publications
        • Reissue
      • Electronic books
        • In Azerbaijani
        • In other language
        • Golden Fund
          • Literature
          • Sound Library
    • BIBLIOGRAPHIC SERVICE
      • Informational bibliography
        • Bibliographic indicators
        • Daycest
        • Slides
      • National Literature
        • Recommended literature
      • Scientific methodology
        • Methodological resources
        • Remarkable days
    • MULTIMEDIA
      • Virtual Exhibition
      • Audio Books
        • Talking books
        • Tales, stories, poems
        • Anecdotes for children
        • Textbooks
      • Cartoons
      • Children's songs
    • CONTACT
    Az | Ru
      • AZ
      • RU
    logo
    Məktəblilər Respublika Uşaq Kitabxanası ilə tanış oldular
    08-04-2022 10:46:00

    04 aprel-08 aprel tarixlərində  Sabunçu r-nu 81 №-li, Binəqədi r-nu N.Fərəczadə adına 100 №-li,  Xətai r-nu 25 №-li, Nizami r-nu 251 №-li, E.Quliyev adına 145 №-li, Səbail r-nu E.Əliyev adına 162 №-li, Füzuli r-nu 47 №-li tam orta məktəblərin və “İdrak” liseyinin şagirdləri kitabxanamıza ekskursiya etdilər. Kitabxananın əməkdaşı məktəbliləri kitabxana ilə tanış etdi, kitabxanada təşkil olunmuş kitab sərgiləri, elektron kitabxana ilə bağlı məlumat verdi. Uşaqlar kitabların kitabxana qaydası ilə işlənməsi, oxuculara verilməsi işi ilə bağlı informasiya əldə etdilər. Məktəblilər kiçik oxu zalında “Danışan kitablar”la, qeyri-adi formalı – panoramalı, hissiyatlı, səhifələndikcə özü oxuyan, səsli düymələrlə idarə olunan, parçadan hazırlanmış və s. kitablarla tanış oldular. Eyni zamanda, məktəblilərə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2021-ci il tarixli sərəncamına əsasən İrəvan Müəllimlər Seminariyasının yaranmasının 140 illiyi ilə əlaqədar olaraq 1885-1895-ci illərdə seminariyada müəllimlik etmiş maarifçi, pedaqoq, uşaq folklor antalogiyasının banisi F.Köçərlinin həyat və yaradıcılığı haqqında geniş məlumat verildi. Vurğulandı ki, Azərbaycan türklərinin mənəvi mədəniyyətinin, xüsusən, ədəbi-elmi fikrinin inkişaf tarixində F. Köçərli üç fəaliyyət sahəsi ilə tanınır: o, millətin maariflənməsi və mədəni- siyasi tərəqqisi üçün bütün şüurlu həyatını və enerjisini sərf edən yorulmaz müəllim, yaşadığı dövrün ictimai problemlərinə fəal münasibət bildirən həssas yazıçı- publisist, tərcüməçi, nəhayət, istedadlı ədəbiyyatşünas-alimdir. Özü də bu fəaliyyət sahələrinin hər üçündə Firidun bəy bənzərsizdir, özünəməxsus böyük ziyalı, təkrarsız ədəbi şəxsiyyətdir.

    Sonda məktəblilərin iştirakı ilə F. Köçərli yaradıcılığı ətrafında maraqlı müzakirələr aparıldı.

     

    ABOUT US

    • Our History
    • Managment
    • Department
    • Branches
    • For Children With Disabilities
    • Our projects
    • Rules of use
    • Photo gallery
    • Video Gallery
    • Media
    • Rainbow Magazine
    • Reports
    • Archive
    • Xəbərlər

    NEW LITERATURE

    • Our publications
    • Reissue
    • Literature
    • Sound Library
    • In Azerbaijani
    • In other language

    BIBLIOGRAPHIC SERVICE

    • Bibliographic indicators
    • Daycest
    • Slides
    • Recommended literature
    • Methodological resources
    • Remarkable days

    Address:

    • Baku city, S.Vurgun street 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft