• Az | Ru
    • ABOUT US
      • Our History
      • Structure
        • Managment
        • Department
        • Branches
      • For Children With Disabilities
      • Our projects
      • Rules of use
      • Photo gallery
      • Video Gallery
      • Media
      • Rainbow Magazine
      • Reports
      • Archive
      • Xəbərlər
    • NEW LITERATURE
      • New books
        • Our publications
        • Reissue
      • Electronic books
        • In Azerbaijani
        • In other language
        • Golden Fund
          • Literature
          • Sound Library
    • BIBLIOGRAPHIC SERVICE
      • Informational bibliography
        • Bibliographic indicators
        • Daycest
        • Slides
      • National Literature
        • Recommended literature
      • Scientific methodology
        • Methodological resources
        • Remarkable days
    • MULTIMEDIA
      • Virtual Exhibition
      • Audio Books
        • Talking books
        • Tales, stories, poems
        • Anecdotes for children
        • Textbooks
      • Cartoons
      • Children's songs
    • CONTACT
    Az | Ru
      • AZ
      • RU
    logo
    Moldova Milli Uşaq Kitabxanası ilə “Sərhəd bilməyən incəsənət” lahiyəsi çərçivəsində “Novruz – milli- mənəvi dəyərlərimiz” adlı görüş keçirildi
    16-03-2022 17:34:00

    16 mart 2022-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanası və İ.Kryange adına Moldova Milli Uşaq Kitabxanası arasında “Sərhəd bilməyən incəsənət” lahiyəsi çərçivəsində Bakı Avropa Liseyində “Novruz – milli-mənəvi dəyərlərimiz” adlı ZOOM platforması üzərindən virtual görüş keçirildi. 

    Novruz bayramı ərəfəsinə təsadüf edən bu tədbirin əsas məqsədi, ölkə hüdudlarından kənardakı uşaq kitabxanaları ilə sıx əməkdaşlıq etmək, Novruzla əlaqədar milli adət-ənələrimiz haqqında Moldovada yaşayan məktəbli uşaqları məlumatlandırmaq idi. Həmin görüşdə, hər iki tərəfin uşaqları Novruzla bağlı bayram şənliyini təqdim etdilər, onları maraqlandıran bütün sualları cavablandırmaqla yanaşı, mövzu ilə əlaqədar geniş formada fikir mübadiləsi aparmaq imkanı əldə etdilər. Tədbirdə uşaqların ifasında milli yaddaşa yüksək mənəvi-əxlaqi dəyərlər toplumu kimi daxil olan Novruz bayramına həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olundu. Uşaqların ifasında şeirlər, mahnılar səsləndirildi, musiqi nömrələri ifa olundu. Rəngarəng kompozisiyada bədii və tarixi personajlar- Dədə Qorqud, Bahar, Novruz bayramının əsas qəhrəmanları hesab olunan Kosa və Keçəl bayram əhval-ruhiyyəsini tədbirin qonaqlarına çatdırdılar.

     Moldova məktəbliləri öz növbələrində Moldovada və Rumıniyada Martişor adlı bahar bayramı haqqında ətraflı məlumat verdilər. Qeyd olundu ki, Martişor Martın 1-də qeyd olunur, bu gün insanlar bir-birinə ağ və qırmızı saplardan hazırlanmış çələnglər, döş nişanları verirlər.

    Xatırladaq ki, F.Köçərli adına Respublika Uşaq Kitabxanası “Sərhəd bilməyən incəsənət” lahiyəsi çərçivəsində 17 mart 2017-ci ildə Ukrayna Milli Uşaq Kitabxanası ilə Azərbaycan uşaq yazıçısı Solmaz Amanova və xalq rəssamı Arif Hüseynovun iştirak etdiyi “Azərbaycan-Ukrayna: Dostluq kitabdan başlayır”, 13 mart 2018-ci il tarixində “Milli musiqi alətlərimiz”, 14 mart 2019-cu ildə isə “Milli geyimlər və folklor” adlı virtual görüşlər keçirmişdir.

     

    ABOUT US

    • Our History
    • Managment
    • Department
    • Branches
    • For Children With Disabilities
    • Our projects
    • Rules of use
    • Photo gallery
    • Video Gallery
    • Media
    • Rainbow Magazine
    • Reports
    • Archive
    • Xəbərlər

    NEW LITERATURE

    • Our publications
    • Reissue
    • Literature
    • Sound Library
    • In Azerbaijani
    • In other language

    BIBLIOGRAPHIC SERVICE

    • Bibliographic indicators
    • Daycest
    • Slides
    • Recommended literature
    • Methodological resources
    • Remarkable days

    Address:

    • Baku city, S.Vurgun street 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft