1-6 may tarixlərində Bakı şəhər məktəbləri - 245 №-li, Abşeron r-n Qobu 2 №-li, Abşeron r-n Məmmədli kənd tam orta məktəb və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri Respublika Uşaq Kitabxanasında oldular. Məktəblilərə və tələbələrə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2021-ci il tarixli sərəncamına əsasən İrəvan Müəllimlər Seminariyasının yaranmasının 140 illiyi ilə əlaqədar olaraq 1885-1895-ci illərdə seminariyada müəllimlik etmiş maarifçi, pedaqoq, uşaq folklor antalogiyasının banisi Firidun bəy Köçərlinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verildi. Qeyd olundu ki, ədibin Azərbaycan ədəbiyyatı tarixinin öyrənilməsində, ölkəmizdə maarifçiliyin təşəkkül tapmasında böyük rolu olmuşdur. O, pedaqoji fəaliyyəti dövründə Qori Müəllimlər Seminariyasında, İrəvan Gimnaziyasında, Qazax Müəllimlər Seminariyasında çalışdığı vaxtlarda həmişə millətinə, xalqına vicdanla xidmət etmişdir. Kitabxananın əməkdaşı məktəbliləri kitabxana ilə tanış etdi, kitabxanada təşkil olunmuş kitab sərgiləri, elektron kitabxana ilə bağlı məlumat verdi. Sonda isə əməkdaşlar, kitabxana ilə bağlı marağa səbəb olan bütün sualları cavablandırdılar. Məktəblilər kitabxanadan xoş əhval-ruhiyyə ilə ayrıldılar.











