• Az | Ru
    • ABOUT US
      • Our History
      • Structure
        • Managment
        • Department
        • Branches
      • For Children With Disabilities
      • Our projects
      • Rules of use
      • Photo gallery
      • Video Gallery
      • Media
      • Rainbow Magazine
      • Reports
      • Archive
      • Xəbərlər
    • NEW LITERATURE
      • New books
        • Our publications
        • Reissue
      • Electronic books
        • In Azerbaijani
        • In other language
        • Golden Fund
          • Literature
          • Sound Library
    • BIBLIOGRAPHIC SERVICE
      • Informational bibliography
        • Bibliographic indicators
        • Daycest
        • Slides
      • National Literature
        • Recommended literature
      • Scientific methodology
        • Methodological resources
        • Remarkable days
    • MULTIMEDIA
      • Virtual Exhibition
      • Audio Books
        • Talking books
        • Tales, stories, poems
        • Anecdotes for children
        • Textbooks
      • Cartoons
      • Children's songs
    • CONTACT
    Az | Ru
      • AZ
      • RU
    logo
    Respublika Uşaq Kitabxanasında İrəvan Müəllimlər Seminariyasının yaranmasının 140 illiyi ilə əlaqədar tədbirlər davam edir
    17-03-2022 16:57:00

    13 – 17  mart tarixlərində Respublika Uşaq Kitabxanasında Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2021-ci il tarixli sərəncamına əsasən İrəvan Müəllimlər Seminariyasının yaranmasının 140 illiyi ilə əlaqədar Səbail r-nu Riyad Əhmədov adına 203 №-li , Xətai r-nu 245 №-li, Sabunçu r-nu Bakıxanov qəs. 72 №-li, Binəqədi r-nu Azər Məmmədov adına 115 №-li ,Suraxanı r-nu Ələkbər Eyvazov adına 275 №-li, Nərimanov r-nu R. Əliyev adına 3 №-li, Abşeron r-nu Qobu qəs. 3 №-li və Ceyranbatan qəs. 2 №-li və Nəsimi r-nu Bakı İstanbul Liseyinin şagirdləri F. Köçərli adına Respublika Uşaq Kitabxanasında oldular. 

    İlk öncə məktəblilər kitabxananın fəaliyyəti və istifadə qaydaları, kitab sərgiləri və elektron kitabxana haqqında ətraflı məlumat aldılar, kitabxananın oxu zalında maraqlı və rəngarəng kitablarla tanış oldular.

    Kitabxanaçılar Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, publisist-yazıçı, tənqidçi və tərcüməçi Firidun bəy Köçərlinin həyat və yaradıcılığı haqqında geniş məlumat verdilər və 1885-1895-ci illərdə İrəvan gimnaziyasında ana dili və hüsnxətt fənlərini tədris etmiş  Firidun bəy Köçərli haqqında elektron-məlumat baza, virtual sərgi, sənədli film təqdim etdilər.

    bildirdilər ki, F.Köçərli seminariyanın ilk müəllimlərindən olmuş, geniş mədəni-maarif işləri aparmışdır. Seminariyanın bir çox tanınmış şəxsiyyətlərinin yetişməsində F.Köçərlinin xüsusi xidmətləri olmuşdur. Vurğulandı ki, İrəvan Seminariyasında çalışdığı illərdə Zöhrabzadə ilə birlikdə "Təlimi-lisani-türkü" adlı dərslik tərtib etmiş, 1886-cı ildə ilk teatr tamaşasını qoymuşdur. 1890-cı ildə isə İrəvanda Azərbaycan yazıçısı və dramaturqu Mirzə Fətəli Axundovun "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasını tamaşaya qoyub. 1891-1892- ci illərdə "Təlimi-Sokrat" adlı əsəri və A.S.Puşkindən tərcümə etdiyi "Torçu və balıq" nağılı İrəvan şəhərində, M.Y.Lermontovun "Üç xurma ağacı" və A.Koltsovun "A kişi, niyə yatıbsan?" şeirlərinin tərcüməsindən ibarət kitabı Şuşada çap edilmişdir.

     

    ABOUT US

    • Our History
    • Managment
    • Department
    • Branches
    • For Children With Disabilities
    • Our projects
    • Rules of use
    • Photo gallery
    • Video Gallery
    • Media
    • Rainbow Magazine
    • Reports
    • Archive
    • Xəbərlər

    NEW LITERATURE

    • Our publications
    • Reissue
    • Literature
    • Sound Library
    • In Azerbaijani
    • In other language

    BIBLIOGRAPHIC SERVICE

    • Bibliographic indicators
    • Daycest
    • Slides
    • Recommended literature
    • Methodological resources
    • Remarkable days

    Address:

    • Baku city, S.Vurgun street 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft