• Az | Ru
    • ABOUT US
      • Our History
      • Structure
        • Managment
        • Department
        • Branches
      • For Children With Disabilities
      • Our projects
      • Rules of use
      • Photo gallery
      • Video Gallery
      • Media
      • Rainbow Magazine
      • Reports
      • Archive
      • Xəbərlər
    • NEW LITERATURE
      • New books
        • Our publications
        • Reissue
      • Electronic books
        • In Azerbaijani
        • In other language
        • Golden Fund
          • Literature
          • Sound Library
    • BIBLIOGRAPHIC SERVICE
      • Informational bibliography
        • Bibliographic indicators
        • Daycest
        • Slides
      • National Literature
        • Recommended literature
      • Scientific methodology
        • Methodological resources
        • Remarkable days
    • MULTIMEDIA
      • Virtual Exhibition
      • Audio Books
        • Talking books
        • Tales, stories, poems
        • Anecdotes for children
        • Textbooks
      • Cartoons
      • Children's songs
    • CONTACT
    Az | Ru
      • AZ
      • RU
    logo
    Respublika Uşaq Kitabxanasında İrəvan Müəllimlər Seminariyasının yaranmasının 140 illiyi ilə əlaqədar tədbirlər keçirilir
    04-03-2022 13:44:00

    28 fevral – 04 mart tarixlərində Respublika Uşaq Kitabxanasında Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2021-ci il tarixli sərəncamına əsasən İrəvan Müəllimlər Seminariyasının yaranmasının 140 illiyi ilə əlaqədar Nəsimi r-nu 35 №-li məktəbin 6 və 7-ci, Xətai r-nu Elşad Yəhyayev adına 56 №-li məktəbin 5 və 6-cı, Suraxanı r-nu Dilavər Məmmədzadə adına 232 №-li məktəbin 5-ci və 97 №-li məktəbin 7 və 8-ci, Yasamal r-nu Eldar Məmmədov adına 21 №-li məktəbin 5- ci, Mirələkbər İbrahimov adına 153 №-li məktəbin 8-ci, Nizami Gəncəvi adına Xankəndi şəhər 4 №-li məktəbin 7 və 8-ci və Nizami r-nu Yuri Kovalyov adına 229 №-li məktəbin 5 və 6-cı, Sabunçu r-nu Elxan Misirxanov adına 71 №-li məktəbin 6- cı, M.Ə. Sabir adına 259 №-li məktəbin 5-ci, Kaspi liseyinin 1-ci, Suraxanı r-nu Səməd Abdullayev adına 290 №-li məktəbin 6- cı, 140 №-li məktəbin 5 və 6-cı, 279 №-li məktəbin 3 və 4-cü, Xətai r-nu 55 №-li məktəbin 7-ci, Qaradağ r-nu 320 №-li məktəbin 6- cı, Şuşa r-nu Quşçular kənd məktəbin 2 və 4-cü, 6 №-li məktəbin 3-cü, Binəqədi r-nu 314 №-li məktəbin 8 və 9-cu və Nərimanov r-nu Novruzov qardaşları adına 36 №-li məktəbin şagirdləri 1885-1895-ci illərdə seminariyada müəllimlik etmiş maarifçi, pedaqoq, uşaq folklor antalogiyasının banisi Firidun bəy Köçərli ilə əlaqədar müxtəlif elektron və ənənəvi resurslarla tanış olmuşdular.

    İlk öncə məktəblilər kitabxananın fəaliyyəti və istifadə qaydaları, kitab sərgiləri və elektron kitabxana haqqında ətraflı məlumat aldılar, kitabxananın oxu zalında maraqlı və rəngarəng kitablarla tanış oldular.

    Kitabxanaçılar Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, publisist-yazıçı, tənqidçi və tərcüməçi Firidun bəy Köçərlinin həyat və yaradıcılığı haqqında geniş məlumat verdilər və bildirdilər ki, F.Köçərli seminariyanın ilk müəllimlərindən olmuş, geniş mədəni-maarif işləri aparmışdır. Seminariyanın bir çox tanınmış şəxsiyyətlərinin yetişməsində F.Köçərlinin xüsusi xidmətləri olmuşdur. Vurğulandı ki, F.Köçərli Seminariyada fəaliyyət göstərdiyi dövrdə ana dili, hüsnxətt fənlərini tədris etmiş, pansion mürəbbisinin köməkçisi vəzifəsini daşımışdır. Ona "Kollecski sekretar", "Titulyar sovetnik" və "Statski sovetnik" rütbələri verilmişdir. İrəvan Seminariyasında çalışdığı illərdə Zöhrabzadə ilə birlikdə "Təlimi-lisani-türkü" adlı dərslik tərtib etmiş, 1886-cı ildə ilk teatr tamaşasını qoymuşdur. 1890-cı ildə isə İrəvanda Azərbaycan yazıçısı və dramaturqu Mirzə Fətəli Axundovun "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasını tamaşaya qoyub. 1891-1892- ci illərdə "Təlimi-Sokrat" adlı əsəri və A.S.Puşkindən tərcümə etdiyi "Torçu və balıq" nağılı İrəvan şəhərində, M.Y.Lermontovun "Üç xurma ağacı" və A.Koltsovun "A kişi, niyə yatıbsan?" şeirlərinin tərcüməsindən ibarət kitabı Şuşada çap edilmişdir

    Həmçinin, məktəblilərin ifasında F.Köçərlinin “Balalara hədiyyə” kitabından kompozisiyalar təqdim edilmişdir.

    Sonda tədbir iştirakçıları F.Köçərliyə həsr olunmuş sənədli filmi izlədilər.

    ABOUT US

    • Our History
    • Managment
    • Department
    • Branches
    • For Children With Disabilities
    • Our projects
    • Rules of use
    • Photo gallery
    • Video Gallery
    • Media
    • Rainbow Magazine
    • Reports
    • Archive
    • Xəbərlər

    NEW LITERATURE

    • Our publications
    • Reissue
    • Literature
    • Sound Library
    • In Azerbaijani
    • In other language

    BIBLIOGRAPHIC SERVICE

    • Bibliographic indicators
    • Daycest
    • Slides
    • Recommended literature
    • Methodological resources
    • Remarkable days

    Address:

    • Baku city, S.Vurgun street 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft