25 yanvar tarixində Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında Avropa Liseyinin 3-cü sinif şagirdləri ilə birqə ingilis yazıçısı Lyuis Kerrollun 190 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdən öncə uşaqlar kitabxananın bütün şöbələri ilə və kitablarla davranış qaydaları ilə tanış oldular, kiçik oxu zalında səsli və rəngərəng kitablara baxdılar.
Daha sonra məktəblilər kitabxananın böyük oxu zalında yazıçının həyat və yaradıcılığı haqqında ətraflı məlumat alıb, “Alisa möcüzələr ölkəsində” kitabının əsasında əməkdaşların hazırladıqları maraqlı slaydı izlədilər. Tədbirdə uşaqlar üçün mövzü ilə bağlı viktorina keçirildi. Şagirdlər verilən sualları fəal və həvəslə cavablandırdılar.
Sonda uşaqlara “Goy qurşağı” jurnalının nömrələri hədiyyə edildi.