• Az | Ru
    • ABOUT US
      • Our History
      • Structure
        • Managment
        • Department
        • Branches
      • For Children With Disabilities
      • Our projects
      • Rules of use
      • Photo gallery
      • Video Gallery
      • Media
      • Rainbow Magazine
      • Reports
      • Archive
      • Xəbərlər
    • NEW LITERATURE
      • New books
        • Our publications
        • Reissue
      • Electronic books
        • In Azerbaijani
        • In other language
        • Golden Fund
          • Literature
          • Sound Library
    • BIBLIOGRAPHIC SERVICE
      • Informational bibliography
        • Bibliographic indicators
        • Daycest
        • Slides
      • National Literature
        • Recommended literature
      • Scientific methodology
        • Methodological resources
        • Remarkable days
    • MULTIMEDIA
      • Virtual Exhibition
      • Audio Books
        • Talking books
        • Tales, stories, poems
        • Anecdotes for children
        • Textbooks
      • Cartoons
      • Children's songs
    • CONTACT
    Az | Ru
      • AZ
      • RU
    logo
    Rusiya - Azərbaycan Kitabxana dialoqu
    06-12-2022 17:29:00

    6 dekabr tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları  Bakıdakı Rus Evində Rusiya-Azərbaycan kitabxana forumunda iştirak etdilər. Forum zamanı Rusiyanın Smolensk şəhərində “Smolensk Qalası” Dövlət muzeyi adlı sərgisinin onlayn açılışı oldu. Təşkil olunan forumda “Rusiya və Azərbaycan mədəniyyət xadimlərinin dialoqu” 30 il uğurlu əməkdaşlığı mövzusunda plenar iclas keçirildi. İclasda iştirakçılar həm onlayn həm də ənənəvi şəkildə çıxış etdilər. İlk öncə “Smolensk Qalası” Dövlət muzeyinin direktoru cənab S.Polyak onlayn görüşdə iştirakçıları salamladı. Açılış moderatr R.Axmediyevanın çıxışı ilə başladı. Forumda  Azərbaycan Respublikası Prezidentinin Administrasiyası yanında Prezident Kitabxanasının direktor müavini Kəmalə Sarıcalınskaya çıxış edərək kitabxananın fəaliyyəti haqqında məlumat verdi. Sonra isə Azərbaycan Milli Kitabxanasının İnformasiya şöbəsinin sektor müdiri Pərvanə Qurbanova çıxışında  kitabxananın oxuculara xidməti, elektron resursları barədə məlumat verdi. Davam edən forumda Rusiya Dövlət Kitabxanasının baş direktoru V.Duda onlayn formatda iştirak edərək forum iştirakçılarını salamladı. O, öz çıxışında Rusiya Dövlət Kitabxanası haqqında  hazırlanmış videçarxı təqdim etdi. Ardından isə Rusya Dövlət İncəsənət Kitabxanasının direktoru A.Taqanova onlayn şəkildə çıxış edərək kitabxana haqqında ətraflı məlumat verdi. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Kütləvi işlər şöbəsinin müdiri Leyla İbrahimova uşaq kitabxanasının fəaliyyəti və layihələri haqqında geniş məlumat verdi. O öz çıxışında bərpa nəşr layihəsi çərçivəsində nəşr olunmuş kitabları, sağlamlıq  imkanları məhdud uşaqlar üçün hazırlanmış jest dilində  və  brayl əlifbası ilə olan kitabları nümayiş etdi. Həmçinin Leyla İbrahimova kitabxananın yeni nəşrləri haqqında  məlumat verdi. Forum iştirakçılarına “Göy Qurşağı“ jurnalını təqdim etdi.  F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən Rudomino adına Ümumirusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Azərbaycan zalına 18 ədəd bərpa nəşr kitabları, 4 ədəd kitabxananın nəşr etdiyi “Göy Qurşağı” jurnalı və Rusiya Dövlət Korlar Kitabxanasına Brayl əlifbası ilə  kitablar hədiyyə edildi. Forumda fikir mübadiləsi aparıldıqdan sonra əməkdaşlığın davam etdirilməsinə qərar verildi. 

     

    ABOUT US

    • Our History
    • Managment
    • Department
    • Branches
    • For Children With Disabilities
    • Our projects
    • Rules of use
    • Photo gallery
    • Video Gallery
    • Media
    • Rainbow Magazine
    • Reports
    • Archive
    • Xəbərlər

    NEW LITERATURE

    • Our publications
    • Reissue
    • Literature
    • Sound Library
    • In Azerbaijani
    • In other language

    BIBLIOGRAPHIC SERVICE

    • Bibliographic indicators
    • Daycest
    • Slides
    • Recommended literature
    • Methodological resources
    • Remarkable days

    Address:

    • Baku city, S.Vurgun street 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft