Uşaq yazarı, publisist Gülzar İbrahimova ilə şagirdlərin görüşü
04-03-2022 21:50:00
4 mart tarixində Respublika Uşaq kitabxanasında uşaq yazarı, publisist Gülzar İbrahimova ilə Nizami r-nu 229 №-li məktəbin şagirdləri ilə görüş keçirilib. Tədbirin keçirilməsində məqsəd uşaqların kitaba və mütaliəyə olan maraqlarının artmasıdır. Kitabxanaçı tədbiri giriş sözü ilə açaraq G.İbrahimovanın həyat və yaradıcılığı haqqında məlumat verib. O, çıxışında uşaqların inkişafında, təhsilində belə tədbirlərin əhəmiyyətini qeyd edib, bu sahədə uşaq ədəbiyyatının xüsusi rolunu vurğulayıb. Tədbirdə Gülzar nənə uşaqlara öz şeirlərini səsləndirib, məktəbli uşaqların fəal iştirakı ilə maraqlı interaktiv, əyləncəli oyunlar keçirib. Uşaqları maraqlandıran bütün sualları cavablandırıb.