• Az | Ru
    • ABOUT US
      • Our History
      • Structure
        • Managment
        • Department
        • Branches
      • For Children With Disabilities
      • Our projects
      • Rules of use
      • Photo gallery
      • Video Gallery
      • Media
      • Rainbow Magazine
      • Reports
      • Archive
      • Xəbərlər
    • NEW LITERATURE
      • New books
        • Our publications
        • Reissue
      • Electronic books
        • In Azerbaijani
        • In other language
        • Golden Fund
          • Literature
          • Sound Library
    • BIBLIOGRAPHIC SERVICE
      • Informational bibliography
        • Bibliographic indicators
        • Daycest
        • Slides
      • National Literature
        • Recommended literature
      • Scientific methodology
        • Methodological resources
        • Remarkable days
    • MULTIMEDIA
      • Virtual Exhibition
      • Audio Books
        • Talking books
        • Tales, stories, poems
        • Anecdotes for children
        • Textbooks
      • Cartoons
      • Children's songs
    • CONTACT
    Az | Ru
      • AZ
      • RU
    logo
    Days of the fairy tale "Three apples fell from the sky" were held
    24-06-2023 17:37:00

    21-23 iyun 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə geniş oxucu auditoriyasını əhatə edən nağıl günləri keçirildi.

    “Göydən üç alma düşdü” adlı nağıl günlərində Türkyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin dəstəyi ilə ölkəmizə qonaq gələn Bursa bələdiyyəsinin nümayəndələri, eləcə də nağılçı(masalçı) və musiqiçilər iştirak etdilər. 

    Tədbirin   açılışında  çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin  sədri, Türk dünyasının öz tarixi keçmişinə bağlı olduğunu  bu coğrafiyanın öz milli-mənəvi dəyərlərinə uyğun gənc nəsil formalaşdıran, eyni zamanda müasir dəyərlərə açıq və demokratik cəmiyyət quruculuğunda uğur qazanan türkdilli ölkələrdən ibarət olduğunu qeyd edib. 

    Bu gün Azərbaycan- Türkiyə birliyinin həm türk dünyasına, həm də dünya ölkələrinə və xalqlarına bir nümunə olduğu, son illər ölkələrimiz arasında əlaqələrin daha da yüksək səviyyəyə çatdığı bildirilib: "Biz bununla qürur duyuruq və inanırıq ki bu birlik təkcə türkün birliyi üçün deyil, həm də müasir sağlam, bütün xalqlar, millətlər və dövlətlər üçün təhlükəsiz bir dünya yaratmağa xidmət edir". Çıxışının sonunda Komitə sədri gənc nəsli milli-mənəvi dəyərlər ruhunda böyütmək, onlarda mütaliə vərdişlərini formalaşdırmaq, müasir inkişafla bərabər tarixi keçmişə hörmət və məhəbbət aşılamaq məqsədi daşıyan layihələrin davamlı olacağına inamını ifadə edib.

    F.Köçərli adına Respublika Uşaq Kitabxanası “Göydən üç alma düşdü” adlı nağıl günlərində uşaq yazarlarında Solmaz Amanova və Gülzar İbrahimovanın çıxışları ilə iştirak etmişdir. Həmçinin üç gün davam edən nağıl günlərində uşaqların təqdimatında bayatılar, sanamaclar, qaravəllilər, mahnı və rəqslər təqdim edilmişdir.

    Nağıl günlərindən  sonra Türkiyədən gələn nağılçılar (masalçılar) Ertuğrul Bozkurt(hekayətçi, yaradıcı dram müəllimi, Doğaçlama teatr aktyoru), Hilal Koçyığıt(hekayətçi, yazıçı, təlimçi), Taner Baba(musuquçi, müəllum), Taher Ayne(musiqiçi, müəllim)və Bursa Böyükşəhər Bələdiyyəsinin  əməkdaşları Respublka Uşaq Kitabxanasının qonağı oldular.Kitabxan ilə tanışlıqdan sonra yazıçı Hilal xanım Koçyigit tərtibçisi olduğu “Türk dünyası masalları” nağıl kitablarını Respubika Uşaq Kitabxansının fonduna hədiyyə etdi.  

    Nağıl günlərinin təşkil edilməsində əsas məqsəd 7-dən 77-yə oxucuları hər iki ölkənin mədəniyyəti, adət və ənənəsi, folkloru, nağılları ilə yaxından tanış etmək,  asudə vaxtının səmərəli təşkili və oxu mədəniyyətinin kütləvi şəkildə təbliğidir.

    ABOUT US

    • Our History
    • Managment
    • Department
    • Branches
    • For Children With Disabilities
    • Our projects
    • Rules of use
    • Photo gallery
    • Video Gallery
    • Media
    • Rainbow Magazine
    • Reports
    • Archive
    • Xəbərlər

    NEW LITERATURE

    • Our publications
    • Reissue
    • Literature
    • Sound Library
    • In Azerbaijani
    • In other language

    BIBLIOGRAPHIC SERVICE

    • Bibliographic indicators
    • Daycest
    • Slides
    • Recommended literature
    • Methodological resources
    • Remarkable days

    Address:

    • Baku city, S.Vurgun street 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft