• Az | Ru
    • ABOUT US
      • Our History
      • Structure
        • Managment
        • Department
        • Branches
      • For Children With Disabilities
      • Our projects
      • Rules of use
      • Photo gallery
      • Video Gallery
      • Media
      • Rainbow Magazine
      • Reports
      • Archive
      • Xəbərlər
    • NEW LITERATURE
      • New books
        • Our publications
        • Reissue
      • Electronic books
        • In Azerbaijani
        • In other language
        • Golden Fund
          • Literature
          • Sound Library
    • BIBLIOGRAPHIC SERVICE
      • Informational bibliography
        • Bibliographic indicators
        • Daycest
        • Slides
      • National Literature
        • Recommended literature
      • Scientific methodology
        • Methodological resources
        • Remarkable days
    • MULTIMEDIA
      • Virtual Exhibition
      • Audio Books
        • Talking books
        • Tales, stories, poems
        • Anecdotes for children
        • Textbooks
      • Cartoons
      • Children's songs
    • CONTACT
    Az | Ru
      • AZ
      • RU
    logo
    “27 Sentyabr - Anım Günü” ilə bağlı tədbir keçirilib
    27-09-2024 12:26:00

    F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “27 Sentyabr - Anım Günü” münasibətilə “Zəfərə gedən yol” adlı tədbir keçirilib. Tədbirdə qonaq qismində uşaq yazarı, Çinarə Köçərli və M.Rahim adına 7 saylı məktəbin 6-ci sinif şagirdləri iştirak edib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirililib. Sonra kitabxananın direktoru Əməkdar Mədəniyyət işçisi Şəhla Qəmbərova tədbiri açıq elan edib və çıxışında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şanlı Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbədən bəhs edib və bildirib ki, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşən, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən əsgər və zabitlərimizə olan dərin ehtiramın ifadəsidir.

    Daha sonra kitabxananın əməkdaşı Əsmər Ağalar 44 günlük zəfərlə yekunlaşan Vətən müharibəsinin qısa icmalını və mövzu ilə bağlı məlumatları özündə əks etdirən kitabları şagirdlərə təqdim edib. İncəsənət Gimnaziyasının 6-cı sinif şagirdi Əsmər Baratzadə  skripkada Üzeyir bəy Hacıbəylinin “Koroğlu” operasından uvertüra ifa edib.

    Tədbirdə yazıçı Çinarə Köçərli, uşaqlara üç cildli  “44 gün Qarabağda” adlı kitabı haqqında məlumat verib. Yazıçı uşaqlara Vətən müharibəsi ilə bağlı suallar ünvanlayıb və ən doğru cavabı səsləndirən iki məktəbliyə kitablarını hədiyyə edib. Həmçinin məktəblilər birgə şəhid Xudayar Yusifzadədən bizə xatirə qalan - Əliağa Vahidin sözlərinə yazılan “Vətən yaxşıdır” təsnifini oxuyublar.

    Sonda Şəmistan Əlizamanlının “Vətən əmanəti” nəğməsi Əsmər Baratzadənin təqdimatında ifa olunub. 

    Tədbir xatirə şəkillərinin çəkilməsi ilə sona çatıb.

    ABOUT US

    • Our History
    • Managment
    • Department
    • Branches
    • For Children With Disabilities
    • Our projects
    • Rules of use
    • Photo gallery
    • Video Gallery
    • Media
    • Rainbow Magazine
    • Reports
    • Archive
    • Xəbərlər

    NEW LITERATURE

    • Our publications
    • Reissue
    • Literature
    • Sound Library
    • In Azerbaijani
    • In other language

    BIBLIOGRAPHIC SERVICE

    • Bibliographic indicators
    • Daycest
    • Slides
    • Recommended literature
    • Methodological resources
    • Remarkable days

    Address:

    • Baku city, S.Vurgun street 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft