7 noyabr tarixində F. Köçərli adına Respublika Uşaq Kitabxanasının 2 saylı filialı M. Yusifov adına 265 saylı məktəbdə ibtidai sinif şagirdləri ilə birgə Zəfər bayramı münasibətilə “8 Noyabr - Zəfər Bayramı” adlı tədbir keçirdi. Tədbirdə məktəb rəhbərliyi F. Köçərli adına kitabxana əməkdaşları, şagirdlər və qonaqlar iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb və Vətən azadlığı uğrunda canlarından keçən Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 265 saylı məktəbin direktoru qonaqları salamlayıb Zəfər bayramı münasibətilə hər kəsi təbrik edib və müzəffər Azərbaycan ordusunun qələbəsindən danışıb. Tədbirdə məktəb şagirdlərinin ifasında vətənpərvərlik və qələbə ruhlu şeirlər, mahnılar səslənib.





