• Az | Ru
    • ABOUT US
      • Our History
      • Structure
        • Managment
        • Department
        • Branches
      • For Children With Disabilities
      • Our projects
      • Rules of use
      • Photo gallery
      • Video Gallery
      • Media
      • Rainbow Magazine
      • Reports
      • Archive
      • Xəbərlər
    • NEW LITERATURE
      • New books
        • Our publications
        • Reissue
      • Electronic books
        • In Azerbaijani
        • In other language
        • Golden Fund
          • Literature
          • Sound Library
    • BIBLIOGRAPHIC SERVICE
      • Informational bibliography
        • Bibliographic indicators
        • Daycest
        • Slides
      • National Literature
        • Recommended literature
      • Scientific methodology
        • Methodological resources
        • Remarkable days
    • MULTIMEDIA
      • Virtual Exhibition
      • Audio Books
        • Talking books
        • Tales, stories, poems
        • Anecdotes for children
        • Textbooks
      • Cartoons
      • Children's songs
    • CONTACT
    Az | Ru
      • AZ
      • RU
    logo
    Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi münasibətilə tədbir keçirilib
    20-12-2024 10:21:00

    20 dekabr 2024-cü il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında  Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan tədbir Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Tədbirdə filologiya elmləri doktoru, dosent Lütviyyə Əsgərzadə, “Mədəniyyət” qəzetinin baş redaktor müavini Fariz Yunisli, AMEA Ədəbiyyat İnstitutunun və 31 nömrəli tam orta məktəbin müəllim kollektivi, şagirdləri və digər qonaqlar iştirak ediblər. 

    Tədbiri giriş sözü ilə açan Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova bildirib ki, bu il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 ili tamam olub. Bu münasibətlə 30 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb.

    Tədbirdə filologiya elmləri doktoru, dosent Lütviyyə Əsgərzadənin Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan “Şeyx Məhəmməd Rasizadə” adlı kitabının təqdimatı baş tutub. Müəllif qeyd edib ki, “Naxçıvan Muxtar Respublikasının 100 illiyinə ithaf olunan kitabda din və maarif xadimi Şeyx Məhəmməd Rasizadənin həyatı, elmi, ədəbi, pedaqoji və publisistik fəaliyyəti araşdırılıb. Giriş və on fəsildən ibarət olan tədqiqatda “Mətbuatdan və arxivlərdən tapılan məqalə və şeirlər”, “Ədəbiyyat”, “Foto-albom” bölümləri də yer alıb.”

    Sonra kitabxananın əməkdaşı Əsmər Ağalar “Naxçıvan Muxtar Respublikası – 100” adlı prezentasiya təqdim edib, Naxçıvan diyarının tarixi, elm, mədəniyyət, tarixi abidələri, memarlığı və s. haqqında ətraflı məlumat verib. 

    Tədbirdə C. Hacıyev adına 3 nömrəli 11 illik Musiqi məktəbinin müəllimlərinin ifasında “O Naxçıvandır”, “Xudayar Təsnifi (Vətən Yaxşıdır)” mahnılarının trio ifası təqdim edilib, məktəblilər tərəfindən isə Naxçıvan Muxtar Respublikasına həsr olunan şeirlər səsləndirilib.

    Tədbirin keçirilməsində məqsəd Naxçıvanın zəngin tarixi, mədəni irsi və tarixi abidələri, etimologiyası barədə uşaq və gəncləri maarifləndirmək, Azərbaycanın zəngin tarixi keçmişində, ictimai-siyasi və elmi-mədəni həyatında Naxçıvanın oynadığı rolu, görkəmli siyasi və dövlət xadimlərinin xidmətlərini vurğulamaqdan ibarət olub. 

    ABOUT US

    • Our History
    • Managment
    • Department
    • Branches
    • For Children With Disabilities
    • Our projects
    • Rules of use
    • Photo gallery
    • Video Gallery
    • Media
    • Rainbow Magazine
    • Reports
    • Archive
    • Xəbərlər

    NEW LITERATURE

    • Our publications
    • Reissue
    • Literature
    • Sound Library
    • In Azerbaijani
    • In other language

    BIBLIOGRAPHIC SERVICE

    • Bibliographic indicators
    • Daycest
    • Slides
    • Recommended literature
    • Methodological resources
    • Remarkable days

    Address:

    • Baku city, S.Vurgun street 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft