• Az | Ru
    • ABOUT US
      • Our History
      • Structure
        • Managment
        • Department
        • Branches
      • For Children With Disabilities
      • Our projects
      • Rules of use
      • Photo gallery
      • Video Gallery
      • Media
      • Rainbow Magazine
      • Reports
      • Archive
      • Xəbərlər
    • NEW LITERATURE
      • New books
        • Our publications
        • Reissue
      • Electronic books
        • In Azerbaijani
        • In other language
        • Golden Fund
          • Literature
          • Sound Library
    • BIBLIOGRAPHIC SERVICE
      • Informational bibliography
        • Bibliographic indicators
        • Daycest
        • Slides
      • National Literature
        • Recommended literature
      • Scientific methodology
        • Methodological resources
        • Remarkable days
    • MULTIMEDIA
      • Virtual Exhibition
      • Audio Books
        • Talking books
        • Tales, stories, poems
        • Anecdotes for children
        • Textbooks
      • Cartoons
      • Children's songs
    • CONTACT
    Az | Ru
      • AZ
      • RU
    logo
    Respublika Uşaq Kitabxanası Moskvada keçirilən beynəlxalq forumda iştirak edib
    06-12-2024 10:26:00

    4-6 dekabr 2024-cü il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanası Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən “MDB ölkələrinin Uşaq və Gənclər Kitabının II Beynəlxalq Forumu”nda iştirak edib. Forum uşaq ədəbiyyatı və mütaliə sahəsində mütəxəssislər arasında mədəni-humanitar əlaqələrin gücləndirilməsi, uşaqlara xidmət göstərən kitabxanaların rolu və yeni imkanların müzakirəsi, uşaq mütaliə infrastrukturunun səmərəliliyinin və inkişafının artırılması məqsədi ilə təşkil edilib. Rusiya Dövlət Uşaq Kitabxanasının 55 illik yubileyi çərçivəsində təşkil edilən forumda Çin Xalq Respublikasının, Rusiya Federasiyasının, Azərbaycan, Belorusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan Respublikalarının uşaq ədəbiyyatı, kitab və mütaliə fəaliyyəti ilə bağlı peşəkarlar dəvət olunub.

    F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova forumda “Azərbaycanda uşaq kitabxanasının fəaliyyət istiqaməti və uşaq ədəbiyyatı təbliğatının fəaliyyət formaları” adlı video təqdimatla çıxış edib. Respublika Uşaq Kitabxanasının iş təcrübəsinə əsaslanan video təqdimatda kitabxananın yaranma tarixi, fond tərkibi, fəaliyyəti, kitabxanada həyata keçirilən layihələr və fiziki məhdudiyyətli uşaqlarla iş və onlar arasında uşaq ədəbiyyatının təbliğat formaları haqqında ətraflı məlumat verilib. 

    Forum çərçivəsində Rusiya Federasiyasının mədəniyyət, elm, təhsil sahəsinin rəsmi nümayəndələrinin, yazıçı və rəssamların iştirakı ilə uşaq və gənclərin mütaliəyə cəlb olunması məsələləri, bu sahədə aparılan maarifləndirici layihə və təcrübələr, gələcək yerli və beynəlxalq əməkdaşlıqlar müzakirə edilib. 

    Forumun sonuncu günü iştirakçılar üçün Rusiya Dövlət Uşaq Kitabxanasına ekskursiya təşkil edilib.

     

    ABOUT US

    • Our History
    • Managment
    • Department
    • Branches
    • For Children With Disabilities
    • Our projects
    • Rules of use
    • Photo gallery
    • Video Gallery
    • Media
    • Rainbow Magazine
    • Reports
    • Archive
    • Xəbərlər

    NEW LITERATURE

    • Our publications
    • Reissue
    • Literature
    • Sound Library
    • In Azerbaijani
    • In other language

    BIBLIOGRAPHIC SERVICE

    • Bibliographic indicators
    • Daycest
    • Slides
    • Recommended literature
    • Methodological resources
    • Remarkable days

    Address:

    • Baku city, S.Vurgun street 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft