2024-cü ilin Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı əsasında ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar F.Köçərli adına Respublika Uşaq Kitabxanasında ekologiya və ətraf mühitin qorunmasına dair çoxsaylı tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də MDB dövlətlərinin Mill və Respublika Uşaq Kitabxanalarının (Rusiya, Belarus və Qırğızıstan) iştirakı ilə təşkil olunan beynəlxalq video konfransdır.
Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə keçirilən “Kitabxana və ekoloji təhsil: nəzəriyyə və təcrübə” adlı konfransda “Uşaq və gənclərin ekoloji mədəniyyəti”, “Sağlamlıq və ekologiya”, “Cəmiyyətdə uşaq kitabxanalarının yeri və rolu” və s. kimi mövzular müzakirə edilib.
Bu konfransın əsas məqsədi MDB ölkələrinin (Rusiya, Belarus və Qırğızıstan) Milli və Respublika Uşaq Kitabxanalarının iştirakı ilə ekoloji təhsil sahəsindəki təcrübələri və innovativ yanaşmaları müzakirə etmək, həmçinin gələcək nəsillərin ekoloji mədəniyyətinin formalaşmasına töhfə verməkdir.
Video konfransda iştirak edən uşaq kitabxanaları video görüntü təqdim edib. Konfransla bağlı video görüntü ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz.