“Yaşa Azərbaycan” adlı tədbir keçirilib
07-11-2024 13:11:00
07 Noyabr tarixində F.köçərli adına Respublika Uşaq Kitabxanasının 3 saylı filialı və Binəqədi rayonu H.Cəbrayılov adına 99 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə “Yaşa Azərbaycan” adlı tədbir keçirilib. Tədbirdə kitabxana əməkdaşları, məktəb kollektivi, şagirdlər və qonaqlar iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Məktəbin direktoru öz çıxışı zamanı 44 günlük Vətən müharibəsi, qalib Azərbaycan ordusunun qələbəsi haqqında məlumat verdikdən sonra şagirdlərin ifasında vətənpərvər, qələbə ruhlu şeirlər, mahnılar səslənib.
Sonda uşaqlar təşkil olunan kitab sərgisi ilə tanış olub.











