5 noyabr tarixində Respublika Uşaq Kitabxanasının 2 saylı filialının M.Yusifov adına 265 saylı orta məktəbin birgə əməkdaşlığı çərçivəsində IX sinif şagirdləri ilə “Zəfər nəğməsi Şuşa” adlı dəyirmi masa keçirilib.
Tədbirdə Respublika Uşaq Kitabxanasının əməkdaşı 30 il soydaşlarımızın torpaq həsrəti çəkməsindən, Şuşanın işğaldan azad olunması, 2020-ci ildə Qarabağ müharibəsində Azərbaycan silahlı qüvvələrinin əzimkar döyüşündən, Şuşa şəhərinin vətənpərvər azərbaycanlıların qürür simvolu olmasından danışıb.
IX sinif şagirdləri isə öz növbələrində Şusa şəhərinin yolunda canlarını fəda edən Milli Qəhrəmanlardan və onların keçdiyi şərəfli həyat yolundan bəhs ediblər.
Dəyirmi masada iştirak edənlər qeyd ediblər ki, tarixi Zəfərimizdən 4 il keçir. Şanlı qələbə hər birimizə böyük sevinc və qürur hissi yaşadıb. Şuşa şəhərinin alınması 30 il bu günü səbirsizliklə gözləyən hər bir azərbaycanlı üçün böyük ruh yüksəkliyi yaradıb.
Tədbirin keçirilməsində keçirilməsində məqsəd şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə etmək, vətənə məhəbbət, sevgi hisslərini aşılamaqdır.


