• Az | Ru
    • ABOUT US
      • Our History
      • Structure
        • Managment
        • Department
        • Branches
      • For Children With Disabilities
      • Our projects
      • Rules of use
      • Photo gallery
      • Video Gallery
      • Media
      • Rainbow Magazine
      • Reports
      • Archive
      • Xəbərlər
    • NEW LITERATURE
      • New books
        • Our publications
        • Reissue
      • Electronic books
        • In Azerbaijani
        • In other language
        • Golden Fund
          • Literature
          • Sound Library
    • BIBLIOGRAPHIC SERVICE
      • Informational bibliography
        • Bibliographic indicators
        • Daycest
        • Slides
      • National Literature
        • Recommended literature
      • Scientific methodology
        • Methodological resources
        • Remarkable days
    • MULTIMEDIA
      • Virtual Exhibition
      • Audio Books
        • Talking books
        • Tales, stories, poems
        • Anecdotes for children
        • Textbooks
      • Cartoons
      • Children's songs
    • CONTACT
    Az | Ru
      • AZ
      • RU
    logo
    “14 Fevral - Beynəlxalq Kitab Bağışlama Günü” münasibəti ilə tədbir keçirilib
    14-02-2025 23:45:00

    14 fevral 2025-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən Nərimanov Sosial Xidmət Mərkəzinin, 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin və Hövsan qəsəbəsi 172 saylı orta məktəbin şagirdləri “14 Fevral - Beynəlxalq Kitab Bağışlama Günü” münasibəti ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasını ziyarət ediblər. Uşaqların iştirakı ilə “14 Fevral - Beynəlxalq Kitab Bağışlama Günü (International Book Giving Day)”nə həsr olunmuş tədbir və uşaq yazarları Zahirə Cabir və Nailə Həsənzadə ilə görüş keçirilib.

    Tədbir zamanı müxtəlif mövzularda maraqlı oyunlar və interaktiv sual-cavab sessiyası təşkil olunub, uşaqlar üçün müxtəlif kitablarla bağlı cizgi filmləri nümayiş olunub. Həmçinin Nailə Həsənzadənin tərtib etidiyi “Mustafanın lupası” adlı autizm spektr pozuntulu uşaqlar üçün adaptiv mütaliə vəsaiti haqqında məlumat verilib. Qeyd olunub ki, vəsait inklüziv təhsilə cəlb olunan şagirdlər üçün bir növ dərslik kimi tərtib edilib. Onların təşviş keçirməməsi üçün vəsaitdə sadə cümlələrdən istifadə edilib. Vəsait qavramaya mane olan müxtəlif ləngimə, autizm spektr pozuntusu olan, öyrənməkdə çətinlik çəkən uşaqlar üçün nəzərdə tutulub.

    Həmçinin kitabxana əməkdaşlarının təqdimatında “Cırtdan” və “Alma” adlı nağıl-tamaşalar təqdim edilib. Uşaqlar bu fəaliyyətlər vasitəsilə kitablarla daha yaxından tanış olmaq, öz yaradıcılıqlarını ifadə etmək, təxəyyüllərini genişləndirmək və yeni biliklər əldə etmək imkanı qazanıblar. Sonda kitabxana tərəfindən hər bir iştirakçıya maraqlı və faydalı kitablar hədiyyə edilib. Kitablar uşaqların empati və anlayış qabiliyyətlərini inkişaf etdirir. Fiziki məhdudiyyətli uşaqların və sağlam uşaqların bir arada oxuması, sosial inklüzivlik və həmrəylik üçün gözəl bir addımdır.

    Tədbirin məqsədi fiziki məhdudiyyətli uşaqlara kitablar vasitəsilə müsbət təsir göstərmək, onların təhsil və sosial inteqrasiyasına dəstək olmaq, uşaqların yaradıcılıq potensialını inkişaf etdirmək, onlarda oxumağa qarşı daha böyük bir maraq oyatmaqır. 

     

    ABOUT US

    • Our History
    • Managment
    • Department
    • Branches
    • For Children With Disabilities
    • Our projects
    • Rules of use
    • Photo gallery
    • Video Gallery
    • Media
    • Rainbow Magazine
    • Reports
    • Archive
    • Xəbərlər

    NEW LITERATURE

    • Our publications
    • Reissue
    • Literature
    • Sound Library
    • In Azerbaijani
    • In other language

    BIBLIOGRAPHIC SERVICE

    • Bibliographic indicators
    • Daycest
    • Slides
    • Recommended literature
    • Methodological resources
    • Remarkable days

    Address:

    • Baku city, S.Vurgun street 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft