• Az | Ru
    • ABOUT US
      • Our History
      • Structure
        • Managment
        • Department
        • Branches
      • For Children With Disabilities
      • Our projects
      • Rules of use
      • Photo gallery
      • Video Gallery
      • Media
      • Rainbow Magazine
      • Reports
      • Archive
      • Xəbərlər
    • NEW LITERATURE
      • New books
        • Our publications
        • Reissue
      • Electronic books
        • In Azerbaijani
        • In other language
        • Golden Fund
          • Literature
          • Sound Library
    • BIBLIOGRAPHIC SERVICE
      • Informational bibliography
        • Bibliographic indicators
        • Daycest
        • Slides
      • National Literature
        • Recommended literature
      • Scientific methodology
        • Methodological resources
        • Remarkable days
    • MULTIMEDIA
      • Virtual Exhibition
      • Audio Books
        • Talking books
        • Tales, stories, poems
        • Anecdotes for children
        • Textbooks
      • Cartoons
      • Children's songs
    • CONTACT
    Az | Ru
      • AZ
      • RU
    logo
    Eşitmə və nitq qüsurlu uşaqlar Qobustan Tarix-Mədəniyyət Qoruğuna ekskursiyada olub
    18-04-2025 17:54:00

    18 Aprel 2025-ci il tarixində “Tarixi Abidələrin Mühafizəsi Günü” münasibətilə 2 nömrəli xüsusi internat məktəbinin eşitmə və nitq qüsurlu uşaqları üçün Qobustan Tarix-Mədəniyyət Qoruğuna  ekskursiya təşkil olunub. Tədbir F.Köçərli adına Respublka Uşaq Kitabxanası  və “Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək” İB-nin birgə əməkdaşlıqı çərçivəsində həyata keçirilib.

    Ekskursiyanın əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların mədəni irsimizlə yaxından tanış olmalarını təmin etmək, onlarda tarixi abidələrə və milli dəyərlərə maraq yaratmaq, həmçinin inklüziv təhsil və mədəni maarifləndirməni təşviq etməkdir.

    Ekskursiya zamanı uşaqlar Qobustan Qoruğunun ərazisində yerləşən UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş qayaüstü rəsmlərlə, qədim yaşayış məskənləri, daş kitabələr və muzeydə nümayiş etdirilən eksponatlarla yaxından tanış olublar. Onlara bu unikal abidələrin tarixi əhəmiyyəti, tədqiqat prosesi və qorunması barədə ətraflı məlumat verilib.

    Ekskursiya boyunca bələdçinin təqdimatlarını işarə dili üzrə tərcüməçi və təlimçilər Şamil Sabirzadə, Könül Quliyeva tərcümə ediblər. Bu da uşaqlara təqdim olunan məlumatları daha rahat və əhatəli şəkildə qavramalarına şərait yaradıb.

    Tədbir həm maarifləndirici, həm də əyləncəli formatda keçib. Uşaqlar interaktiv təqdimatlarda iştirak edib, suallar verərək tarixi faktlarla yaxından tanış olublar.

    Belə layihələr xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial adaptasiyası, maarifləndirilməsi və mədəni irslə tanışlığı baxımından olduqca mühüm əhəmiyyət daşıyır. 

    Hər uşağın tarixlə tanış olmağa və mədəni irsi yaşamağa haqqı var!

     

    ABOUT US

    • Our History
    • Managment
    • Department
    • Branches
    • For Children With Disabilities
    • Our projects
    • Rules of use
    • Photo gallery
    • Video Gallery
    • Media
    • Rainbow Magazine
    • Reports
    • Archive
    • Xəbərlər

    NEW LITERATURE

    • Our publications
    • Reissue
    • Literature
    • Sound Library
    • In Azerbaijani
    • In other language

    BIBLIOGRAPHIC SERVICE

    • Bibliographic indicators
    • Daycest
    • Slides
    • Recommended literature
    • Methodological resources
    • Remarkable days

    Address:

    • Baku city, S.Vurgun street 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft