• Az | Ru
    • ABOUT US
      • Our History
      • Structure
        • Managment
        • Department
        • Branches
      • For Children With Disabilities
      • Our projects
      • Rules of use
      • Photo gallery
      • Video Gallery
      • Media
      • Rainbow Magazine
      • Reports
      • Archive
      • Xəbərlər
    • NEW LITERATURE
      • New books
        • Our publications
        • Reissue
      • Electronic books
        • In Azerbaijani
        • In other language
        • Golden Fund
          • Literature
          • Sound Library
    • BIBLIOGRAPHIC SERVICE
      • Informational bibliography
        • Bibliographic indicators
        • Daycest
        • Slides
      • National Literature
        • Recommended literature
      • Scientific methodology
        • Methodological resources
        • Remarkable days
    • MULTIMEDIA
      • Virtual Exhibition
      • Audio Books
        • Talking books
        • Tales, stories, poems
        • Anecdotes for children
        • Textbooks
      • Cartoons
      • Children's songs
    • CONTACT
    Az | Ru
      • AZ
      • RU
    logo
    Məktəblilər kitabxanada maarifləndirici gün keçiriblər
    30-10-2025 16:23:00

    29 oktyabr 2025-ci il tarixində 283 nömrəli məktəbin 5-ci sinif şagirdləri Respublika Uşaq Kitabxanasına ziyarət ediblər. Ziyarət çərçivəsində uşaqlar üçün maarifləndirici və bədii məzmunlu görüş təşkil olunub.

    Görüş zamanı kitabxananın əməkdaşı məktəblilərə müxtəlif janrlarda yeni nəşrlər haqqında məlumat verib, oxu vərdişlərinin inkişafında bu əsərlərin əhəmiyyətini vurğulayıb.

    Kitabxana əməkdaşı yazıçı Humayın Sevincin “Xarıbülbül” əfsanələri”, türkiyəli yazıçı Nilgün Özelin “Şirinin Dünyası”, italyan yazıçısı Françesko D’Adamonun Azərbaycan dilinə tərcümə olunmuş “Çanta, dəniz və ümid”, eləcə də Mürşüd İsmayılzadənin “Hər günə bir sual” adlı kitabları haqqında məktəblilərə  geniş məlumat verib.

    Uşaqlar xüsusilə “Xarıbülbül” mövzusuna böyük maraq göstəriblər. Onlar “Xarıbülbül” sözünün mənası, bu gülün harada yetişdiyi və ona niyə belə ad verildiyi barədə yeni biliklər əldə ediblər. Şagirdlər həmçinin bu simvolun Azərbaycan xalqı üçün mənəvi dəyəri və azadlıq rəmzi kimi əhəmiyyəti barədə öz maraqlı fikirlərini səsləndiriblər.

    Tədbir zamanı şagirdlər müzakirələrdə fəal iştirak edib, oxuduqları əsərlərin mövzusu, qəhrəmanları və hadisələri haqqında düşüncələrini bölüşüblər. 

    Sonda məktəblilər kitabxananın müxtəlif bölmələri ilə tanış olub, uşaq ədəbiyyatı fonduna daxil olan yeni kitablarla maraqlanıblar. 

    Ziyarətin məqsədi uşaqlarda kitabxana mədəniyyətini formalaşdırmaq, mütaliəyə marağı artırmaq və onların ədəbiyyat haqqında biliklərini zənginləşdirmək olub.

    ABOUT US

    • Our History
    • Managment
    • Department
    • Branches
    • For Children With Disabilities
    • Our projects
    • Rules of use
    • Photo gallery
    • Video Gallery
    • Media
    • Rainbow Magazine
    • Reports
    • Archive
    • Xəbərlər

    NEW LITERATURE

    • Our publications
    • Reissue
    • Literature
    • Sound Library
    • In Azerbaijani
    • In other language

    BIBLIOGRAPHIC SERVICE

    • Bibliographic indicators
    • Daycest
    • Slides
    • Recommended literature
    • Methodological resources
    • Remarkable days

    Address:

    • Baku city, S.Vurgun street 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft