• Az | Ru
    • ABOUT US
      • Our History
      • Structure
        • Managment
        • Department
        • Branches
      • For Children With Disabilities
      • Our projects
      • Rules of use
      • Photo gallery
      • Video Gallery
      • Media
      • Rainbow Magazine
      • Reports
      • Archive
      • Xəbərlər
    • NEW LITERATURE
      • New books
        • Our publications
        • Reissue
      • Electronic books
        • In Azerbaijani
        • In other language
        • Golden Fund
          • Literature
          • Sound Library
    • BIBLIOGRAPHIC SERVICE
      • Informational bibliography
        • Bibliographic indicators
        • Daycest
        • Slides
      • National Literature
        • Recommended literature
      • Scientific methodology
        • Methodological resources
        • Remarkable days
    • MULTIMEDIA
      • Virtual Exhibition
      • Audio Books
        • Talking books
        • Tales, stories, poems
        • Anecdotes for children
        • Textbooks
      • Cartoons
      • Children's songs
    • CONTACT
    Az | Ru
      • AZ
      • RU
    logo
    Naxçıvan Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanaların əməkdaşları Respublika Uşaq Kitabxanasında təcrübədə olublar
    08-05-2025 17:10:00

    6-8 may 2025-ci il tarixlərində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanaların əməkdaşları peşəkarlıq səviyyəsinin daha da artırılması, müvafiq sahə üzrə qabaqcıl təcrübənin və müasir metodların öyrənilməsi məqsədi ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında olublar.

    Təcrübə proqramında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Kitabxana işi üzrə baş məsləhətçisi Aygün Heydərli, A.Babayev adına Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanasının Komplektləşdirmə, kataloqlaşdırma və kitabişləmə şöbəsinin müdiri Nüşabə Seyidova, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublikası Kitabxanasının Kitabişləmə və kataloqlaşdırma şöbəsinin baş kitabxançısı Rəqib Quliyev iştirak edib.

    Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova qonaqlara kitabxananın tarixi inkişaf yolu, uşaqlara yönəlik layihələri, müxtəlif şöbələrin fəaliyyəti, eləcə də oxucularla aparılan iş metodları ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib.

    Təcrübə müddətində, həmçinin mütəxəssislər kitabxana-informasiya xidmətlərinin təşkili, kitabların elektron sistemə daxil edilməsi, həmçinin uşaqlara yönəlmiş maarifləndirici layihələrin hazırlanması prosesini müşahidə ediblər. Onlar, həmçinin müxtəlif yaş qruplarına uyğun keçirilən tədbirlərdə iştirak edərək praktiki biliklərini artırmaq imkanı qazanıblar.

    Belə təcrübə proqramları kitabxanaçılar arasında qarşılıqlı təcrübə mübadiləsinə şərait yaratmaqla yanaşı, regionlararası əməkdaşlığın möhkəmləndirilməsi baxımından da əhəmiyyətlidir. Eyni zamanda, bu cür təşəbbüslər müasir dövrdə kitabxanaların sosial-mədəni mərkəz kimi fəaliyyət göstərməsi üçün zəruri bilik və bacarıqların inkişafına mühüm töhfə verir.

    Sonda iştirakçılar təcrübə proqramlarının mütəmadi keçirilməsinin vacibliyini qeyd etməklə yanaşı iş proseslərində və xidmət sahələrində tətbiq olunan yeniliklərlərdən yararlandıqlarını diqqətə çatdırıblar.

    ABOUT US

    • Our History
    • Managment
    • Department
    • Branches
    • For Children With Disabilities
    • Our projects
    • Rules of use
    • Photo gallery
    • Video Gallery
    • Media
    • Rainbow Magazine
    • Reports
    • Archive
    • Xəbərlər

    NEW LITERATURE

    • Our publications
    • Reissue
    • Literature
    • Sound Library
    • In Azerbaijani
    • In other language

    BIBLIOGRAPHIC SERVICE

    • Bibliographic indicators
    • Daycest
    • Slides
    • Recommended literature
    • Methodological resources
    • Remarkable days

    Address:

    • Baku city, S.Vurgun street 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft