• Az | Ru
    • ABOUT US
      • Our History
      • Structure
        • Managment
        • Department
        • Branches
      • For Children With Disabilities
      • Our projects
      • Rules of use
      • Photo gallery
      • Video Gallery
      • Media
      • Rainbow Magazine
      • Reports
      • Archive
      • Xəbərlər
    • NEW LITERATURE
      • New books
        • Our publications
        • Reissue
      • Electronic books
        • In Azerbaijani
        • In other language
        • Golden Fund
          • Literature
          • Sound Library
    • BIBLIOGRAPHIC SERVICE
      • Informational bibliography
        • Bibliographic indicators
        • Daycest
        • Slides
      • National Literature
        • Recommended literature
      • Scientific methodology
        • Methodological resources
        • Remarkable days
    • MULTIMEDIA
      • Virtual Exhibition
      • Audio Books
        • Talking books
        • Tales, stories, poems
        • Anecdotes for children
        • Textbooks
      • Cartoons
      • Children's songs
    • CONTACT
    Az | Ru
      • AZ
      • RU
    logo
    Növbəti kitab icmalı keçirilib
    18-02-2025 09:37:00

    18 fevral 2025-ci il tarixində Respublika Uşaq Kitabxanasında “Yeni kitablarla tanış olaq” rubrikası çərçivəsində gənc kitabxanaçılar və BDU-nun istehsalat təcrübəsində olan tələbələri üçün növbəti kitab icmalı keçirilib. İcmalda yazıçı və psixoloq Rövşən Abdullaoğlunun “Ləpirçinin macəraları” seriasından olan “Xilaskar”, “İlk səfər”, “Meymunlarla saziş” və “Nəhəng ləpirin sahibi” adlı kitabları haqqında geniş məlumat verilib.

    "Ləpirçinin macəraları" kitabları haqqında qeyd edilib ki, məqsədi oxucunu əyləndirərək düşündürmək və ən gözəl mənəvi dəyərləri aşılamaq olan bu seriya 6 kitabdan ibarətdir. 

    Seriyanın “Xilaskar” adlı kitabında gənc oxucular xəyanətin, qəddarlığın, paxıllığın, insanları zahiri xüsusiyyətlərinə görə dəyərlərdirməyin acı nəticələrini görəcək, heyvanlarla mərhəmətli davranmağı öyrənəcək, dostluq və sədaqətin, fədakarlığın necə gözəl bəhrə verməsinə şahid olacaqlar. “İlk səfər” kitabında gənc oxucular qəhrəman Lano ilə birlikdə doğma torpağa, xalqa bağlılığın vacibliyini anlayacaq, mərhəmətin düşmənçilik toxumlarını mhv edərək sülh yartdığını öyrənəcək, sonsuz şəfqətdən doğan gücün, heyvanla insanın böyük dostluğunun şahidi olacaqlar. “Meymunlarla saziş” kitabında gənc oxucular inadkarlığın, yersiz rəqabət hissinin insana necə zərər vurduğunu göstərəcək, bağışlamağı, yalnışa yol verərkən üzr istəməyi, çətinliklə üzləşdikdə ruhdan düşməyib çıxış yolu axtarmağı aşılayacaq. “Nəhəng ləpirin sahibi” kitabını isə gənc oxucuları canlılar aləminin rəngarəngliyi ilə tanış edir, onlara dostluqda vəfalı olmağı, canlılarla, xüsusən də özündən zəiflərlə mərhəmətli davranmağı, tanımadığı insanlar, anlamadığı hadisələr haqqında tələsik qərarlar verməməyi, səbirli davranmağın və müsbət düşünməyin faydalarını öyrədir.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                              Sonda müəllifin böyük yaş kateqoriyası üçün yazdığı “Koramal”, “Bu şəhərdə kimsə yoxdur” və “Relslər üzərinə uzanmış adam” adlı kitabları haqqında da məlumat verilib.

    ABOUT US

    • Our History
    • Managment
    • Department
    • Branches
    • For Children With Disabilities
    • Our projects
    • Rules of use
    • Photo gallery
    • Video Gallery
    • Media
    • Rainbow Magazine
    • Reports
    • Archive
    • Xəbərlər

    NEW LITERATURE

    • Our publications
    • Reissue
    • Literature
    • Sound Library
    • In Azerbaijani
    • In other language

    BIBLIOGRAPHIC SERVICE

    • Bibliographic indicators
    • Daycest
    • Slides
    • Recommended literature
    • Methodological resources
    • Remarkable days

    Address:

    • Baku city, S.Vurgun street 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft