• Az | Ru
    • ABOUT US
      • Our History
      • Structure
        • Managment
        • Department
        • Branches
      • For Children With Disabilities
      • Our projects
      • Rules of use
      • Photo gallery
      • Video Gallery
      • Media
      • Rainbow Magazine
      • Reports
      • Archive
      • Xəbərlər
    • NEW LITERATURE
      • New books
        • Our publications
        • Reissue
      • Electronic books
        • In Azerbaijani
        • In other language
        • Golden Fund
          • Literature
          • Sound Library
    • BIBLIOGRAPHIC SERVICE
      • Informational bibliography
        • Bibliographic indicators
        • Daycest
        • Slides
      • National Literature
        • Recommended literature
      • Scientific methodology
        • Methodological resources
        • Remarkable days
    • MULTIMEDIA
      • Virtual Exhibition
      • Audio Books
        • Talking books
        • Tales, stories, poems
        • Anecdotes for children
        • Textbooks
      • Cartoons
      • Children's songs
    • CONTACT
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Oxu, Yarat, Qazan!” Yay Festivalının final mərhələsi keçirilib
    10-09-2025 16:41:00

    10 sentyabr 2025-ci il tarixində F. Köçərli adına Respublika Uşaq Kitabxanasında təşkil olunan “Oxu, Yarat, Qazan!” adlı Yay Festivalının final mərhələsi keçirilib. 5-17 yaş arası uşaq və yeniyetmələr üçün nəzərdə tutulan bu genişmiqyaslı festival, yay tətilini əyləncəli, maarifləndirici və yaradıcı şəkildə keçirmək məqsədi daşıyıb. 

    Festival çərçivəsində keçirilən müxtəlif müsabiqə və tədbirlər – “Yaradıcılığını kəşf et”, “Yarat – daxilindəki sənətkarı oyat” və “Qazan – selfi çək, paylaş, ulduz ol!” başlıqları altında reallaşıb. Bakı məktəbliləri bu layihələrdə böyük həvəs və fəallıqla iştirak ediblər.

    Final mərhələsində uşaqların öz əlləri ilə yaratdıqları rəsm və əl işlərindən ibarət yaradıcılıq sərgisi təqdim olunub. Kağız, sap, gil və digər təbii materiallardan hazırlanmış tətbiqi sənət nümunələri, rəsm əsərləri və origami işləri sərgidə nümayiş etdirilib. Bu müsabiqələr uşaqların yaradıcılıq potensialını ortaya çıxarmaqla yanaşı, onların ictimaiyyət qarşısında öz bacarıqlarını sərgiləmələrinə şərait yaradıb. 

    Festival çərçivəsində keçirilən “Mən, Kitabxana və Selfi” adlı müsabiqəyə də maraq böyük olub. Uşaqlar kitabxanada çəkdikləri selfiləri kitabxananın rəsmi Instagram sosial səhifəsində (#childlibazerbaijan) paylaşaraq yarışa qoşulublar. Ən çox bəyənilən şəkilin sahibi  diplom və kitab hədiyyəsi ilə təltif olunub. 

    Final tədbiri çərçivəsində 15 sentyabr “Bilik Günü”nə həsr olunmuş kitab sərgisi də təşkil edilib. Sərginin əsas məqsədi uşaqlarda oxumağa marağı artırmaq və yeni dərs ilinə ruh yüksəkliyi ilə başlamaqlarına dəstək olmaqdır. 

    Əsas məqsəd uşaqları kitaba sevgi, yaradıcılığa maraq və mütaliəyə həvəs ruhunda motivasiya etmək olub. Yay tətili boyunca keçirilən tədbirlər sayəsində uşaqlar həm əylənib, həm də öyrəniblər. 

    Festivalda iştirak edən bütün uşaqlara kitabxana tərəfindən “Göy Qurşağı” jurnalı və müxtəlif kitablar hədiyyə olunub.

    ABOUT US

    • Our History
    • Managment
    • Department
    • Branches
    • For Children With Disabilities
    • Our projects
    • Rules of use
    • Photo gallery
    • Video Gallery
    • Media
    • Rainbow Magazine
    • Reports
    • Archive
    • Xəbərlər

    NEW LITERATURE

    • Our publications
    • Reissue
    • Literature
    • Sound Library
    • In Azerbaijani
    • In other language

    BIBLIOGRAPHIC SERVICE

    • Bibliographic indicators
    • Daycest
    • Slides
    • Recommended literature
    • Methodological resources
    • Remarkable days

    Address:

    • Baku city, S.Vurgun street 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft