• Az | Ru
    • ABOUT US
      • Our History
      • Structure
        • Managment
        • Department
        • Branches
      • For Children With Disabilities
      • Our projects
      • Rules of use
      • Photo gallery
      • Video Gallery
      • Media
      • Rainbow Magazine
      • Reports
      • Archive
      • Xəbərlər
    • NEW LITERATURE
      • New books
        • Our publications
        • Reissue
      • Electronic books
        • In Azerbaijani
        • In other language
        • Golden Fund
          • Literature
          • Sound Library
    • BIBLIOGRAPHIC SERVICE
      • Informational bibliography
        • Bibliographic indicators
        • Daycest
        • Slides
      • National Literature
        • Recommended literature
      • Scientific methodology
        • Methodological resources
        • Remarkable days
    • MULTIMEDIA
      • Virtual Exhibition
      • Audio Books
        • Talking books
        • Tales, stories, poems
        • Anecdotes for children
        • Textbooks
      • Cartoons
      • Children's songs
    • CONTACT
    Az | Ru
      • AZ
      • RU
    logo
    Respublika Uşaq Kitabxanasında növbəti kitab icmalı keçirilib
    03-03-2025 16:47:00

    3 mart 2025-ci il tarixində Respublika Uşaq Kitabxanasında “Kitab klubu” rubrikası çərçivəsində kitab icmalı keçirilib. İcmalda uşaq ədəbiyyatından “Pollianna”, “Çarli və şokolad fabriki”, “Yerin relyefini öyrənirik” seriyasından “Mağaralar”, “Adalar”, “Dərələr”, Ramiz Rövşənin “Bu dünyanın hər sifəti”, Yunis Orucovun “Nargin- saralmış kədər” və Nüsrət Kəsəmənlinin “Seçilmiş əsərləri” kitabları haqqında geniş məlumat verilib.İcmalda kitabxanaçılar, oxucular və tələbələr iştirak edib.

    Orta yaş dövrü üçün nəzərdə tutulmuş kitablarda böyüməkdə olan nəslin nümayəndələrinin nikbin ruhda tərbiyə olunmasının onların inkişafına və cəmiyyətə adaptasiya olunmasına təkan verməklə yanaşı coğrafi biliklərini zənginləşdirəcək bir-birindən maraqlı məlumatlara da üstünlük verilib. “Yerin relyefini öyrənək” seriyasından olan kitablarda şəkillərə daha çox üstünlük verilib. Şəkilli kitablar uşağın inkişaf dövründə nitq və ünsiyyət bacarıqları ilə yanaşı, xəyal dünyasını, yaradıcılıq qabiliyyətini də inkişaf etdirir. Uşaqlar üçün şəkilli kitablar vizual cəlbedicidir, bu da oxumağa daha çox həvəs yaradaraq, kitablara olan marağı artırır, gələcəkdə daha çox oxuma vərdişini formalaşdırmağa kömək edir. Şəkilli kitablar uşaqların intellektual və emosional inkişafına böyük töhfə verir və onların öyrənməsinə, kəşf etməsinə və müsbət vərdişləri inkişaf etdirməsinə kömək edir.

    Ramiz Rövşənin “Bu dünyanın hər sifəti”, Yunis Orucovun “Nargin- saralmış kədər” və Nüsrət Kəsəmənlinin “Seçilmiş əsərləri” adlı kitabları isə valideynlər və digər böyük yaş qrupu oxucular üçün nəzərdə tutulub.   

    Kitab icmallarının əsas məqsədi bir kitabın əsas məzmununu, ideyalarını və mövzularını qısa və aydın şəkildə təqdim etmək, həmçinin oxuculara kitab haqqında ümumi bir fikir vermək və onlara kitabın nə dərəcədə maraqlı və ya uyğun olduğunu müəyyən etməyə kömək etməkdir.

     

    ABOUT US

    • Our History
    • Managment
    • Department
    • Branches
    • For Children With Disabilities
    • Our projects
    • Rules of use
    • Photo gallery
    • Video Gallery
    • Media
    • Rainbow Magazine
    • Reports
    • Archive
    • Xəbərlər

    NEW LITERATURE

    • Our publications
    • Reissue
    • Literature
    • Sound Library
    • In Azerbaijani
    • In other language

    BIBLIOGRAPHIC SERVICE

    • Bibliographic indicators
    • Daycest
    • Slides
    • Recommended literature
    • Methodological resources
    • Remarkable days

    Address:

    • Baku city, S.Vurgun street 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft