• Az | Ru
    • ABOUT US
      • Our History
      • Structure
        • Managment
        • Department
        • Branches
      • For Children With Disabilities
      • Our projects
      • Rules of use
      • Photo gallery
      • Video Gallery
      • Media
      • Rainbow Magazine
      • Reports
      • Archive
      • Xəbərlər
    • NEW LITERATURE
      • New books
        • Our publications
        • Reissue
      • Electronic books
        • In Azerbaijani
        • In other language
        • Golden Fund
          • Literature
          • Sound Library
    • BIBLIOGRAPHIC SERVICE
      • Informational bibliography
        • Bibliographic indicators
        • Daycest
        • Slides
      • National Literature
        • Recommended literature
      • Scientific methodology
        • Methodological resources
        • Remarkable days
    • MULTIMEDIA
      • Virtual Exhibition
      • Audio Books
        • Talking books
        • Tales, stories, poems
        • Anecdotes for children
        • Textbooks
      • Cartoons
      • Children's songs
    • CONTACT
    Az | Ru
      • AZ
      • RU
    logo
    Uşaq ədəbiyyatı mövzusunda ədəbi müzakirə keçirilib
    08-10-2025 11:14:00

    8 oktyabr 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında müasir uşaq ədəbiyyatının tanınmış simaları ilə gənclər arasında ədəbi görüş təşkil olunub. Tədbirdə elm xadimləri, yazıçı və şairlər, Bakı Dövlət Universitetinin tələbələri iştirak ediblər.

    Tədbir kitabxananın direktoru Şəhla Qəmbərovanın çıxışı ilə başlanıb. O, gənc oxuculara müasir uşaq ədəbiyyatının görkəmli nümayəndələrini təqdim edərək sözü Aygün Bağırlıya verib. A.Bağırlı uşaq ədəbiyyatının təbliğində müəlliflərin əhəmiyyətini vurğulayaraq gənclərin ideya və təkliflərinə də yer verib. Müzakirə  çərçivəsində Ədəbiyyat və onun insan həyatında rolu nədir?,  Ədəbiyyat olmasaydı həyat necə olardı? kimi suallar auditoriyaya  ünvanlanıb.

    Azərbaycan uşaq ədəbiyyatının böyük simalarından biri Zahid Xəlil çıxışında ədəbiyyatın insan təfəkkürünün inkişafında mühüm rolunu vurğulayıb. Onun sözlərinə görə, “kəşfləri doğuran intuisiya, intuisiyanı formalaşdıran isə ədəbiyyatdır”. Gənc tələbələr isə müzakirəyə qoşularaq ədəbiyyatın insanın mənəvi dünyasını zənginləşdirdiyini, dil və empatiya bacarıqlarını inkişaf etdirdiyini, eyni zamanda təsəvvür dünyasını genişləndirdiyini qeyd ediblər.

    Tanınmış pedaqoq-şair İbrahim Yusifoğlu uşaq ədəbiyyatının təbliğində dövri mətbuatın mühüm rolunu xatırladaraq “Azərbaycan pioneri”, “Savalan”, “Göyərçin” və digər qəzet-jurnalların adını çəkib. Yazıçılar Mehriban Nağıyeva, Gülzar İbrahimova və Nurlana İşıq isə uşaq ədəbi nümunələrinin nəşri ilə bağlı mövcud problemlərə və bu istiqamətdə nəşriyyatların fəaliyyətinə toxunublar. Gülzar İbrahimova çıxışında uşaq ədəbiyyatının ilk təbliğatçılarının valideynlər olduğunu vurğulayıb.

    Müzakirə çərçivəsində Respublika Uşaq Kitabxanasının bu sahədə gördüyü işlər, kitabların süni intellekt texnologiyalarına əsaslanan video icmalları barədə məlumat verilib.

    Tədbirin sonunda yazıçılar öz əsərlərindən seçilmiş nüsxələri gənc oxuculara hədiyyə ediblər.

    ABOUT US

    • Our History
    • Managment
    • Department
    • Branches
    • For Children With Disabilities
    • Our projects
    • Rules of use
    • Photo gallery
    • Video Gallery
    • Media
    • Rainbow Magazine
    • Reports
    • Archive
    • Xəbərlər

    NEW LITERATURE

    • Our publications
    • Reissue
    • Literature
    • Sound Library
    • In Azerbaijani
    • In other language

    BIBLIOGRAPHIC SERVICE

    • Bibliographic indicators
    • Daycest
    • Slides
    • Recommended literature
    • Methodological resources
    • Remarkable days

    Address:

    • Baku city, S.Vurgun street 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft