• Az | Ru
    • ABOUT US
      • Our History
      • Structure
        • Managment
        • Department
        • Branches
      • For Children With Disabilities
      • Our projects
      • Rules of use
      • Photo gallery
      • Video Gallery
      • Media
      • Rainbow Magazine
      • Reports
      • Archive
      • Xəbərlər
    • NEW LITERATURE
      • New books
        • Our publications
        • Reissue
      • Electronic books
        • In Azerbaijani
        • In other language
        • Golden Fund
          • Literature
          • Sound Library
    • BIBLIOGRAPHIC SERVICE
      • Informational bibliography
        • Bibliographic indicators
        • Daycest
        • Slides
      • National Literature
        • Recommended literature
      • Scientific methodology
        • Methodological resources
        • Remarkable days
    • MULTIMEDIA
      • Virtual Exhibition
      • Audio Books
        • Talking books
        • Tales, stories, poems
        • Anecdotes for children
        • Textbooks
      • Cartoons
      • Children's songs
    • CONTACT
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Xocalı Soyqırımı şahidlərin xatirəsində” adlı tədbir keçirilib
    28-02-2025 17:11:00

    28 fevral 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Xocalı Soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Xocalı Soyqırımı şahidlərin xatirəsində” adlı tədbir keçirilib. Tədbirdə kitabxana əməkdaşları, tələbələr, Xocalı hadisələrinin canlı şahidi, Xocalı sakini Vərziyər Əliyeva və əslən Xocalıdan olan Ləman Quluzadə iştirak edib.

    Öncə Xocalı soyqırımında və vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib. Daha sonra tədbir iştirakçılarına Xocalı faciəsinin təfərrüatlarını və tarixi həqiqətləri əks etdirən videoçarx nümayiş etdirilib. Videoçarxda Xocalı hadisələrinin canlı şahidi Mehdi Əliyev yaşadığı və şahidi olduğu hadisələrdən bəhs edib.

    Videoçarxın nümayişindən sonra Xocalı Soyqırımının tarixi kontekstində ətraflı məlumat verilib və bu tarixi diyarın azad edilməsi ilə bağlı Azərbaycan dövlətinin qətiyyəti, ordumuzun qəhrəmanlığından bəhs edilib.

    Tədbirin sonunda  Xocalı hadisələrinin birbaşa şahidi Vərziyər Əliyeva çıxış edib. Qonaq yaşadığı hadisələri və baş verən hadisələri tədbir iştirakçılarına çatdıraraq Xocalı soyqırımının xalqımız üçün nə qədər böyük bir faciə olduğunu vurğulayıb. Həmçinin, BDU-nun tələbəsi Ləman Quluzadə çıxışında ailəsi tərəfindən verilən məlumatları tədbir iştirakçılarına çatdırıb.

    Tədbirin keçirilməsində əsas məqsəd Xocalı soyqırımını unutmamaq, bu faciəni nəsildən-nəslə ötürmək və Xocalı ilə bağlı həqiqətləri yaddaşlarda daima yaşatmaqdan ibarətdir. 

     

    ABOUT US

    • Our History
    • Managment
    • Department
    • Branches
    • For Children With Disabilities
    • Our projects
    • Rules of use
    • Photo gallery
    • Video Gallery
    • Media
    • Rainbow Magazine
    • Reports
    • Archive
    • Xəbərlər

    NEW LITERATURE

    • Our publications
    • Reissue
    • Literature
    • Sound Library
    • In Azerbaijani
    • In other language

    BIBLIOGRAPHIC SERVICE

    • Bibliographic indicators
    • Daycest
    • Slides
    • Recommended literature
    • Methodological resources
    • Remarkable days

    Address:

    • Baku city, S.Vurgun street 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft