• Az | Ru
    • ABOUT US
      • Our History
      • Structure
        • Managment
        • Department
        • Branches
      • For Children With Disabilities
      • Our projects
      • Rules of use
      • Photo gallery
      • Video Gallery
      • Media
      • Rainbow Magazine
      • Reports
      • Archive
      • Xəbərlər
    • NEW LITERATURE
      • New books
        • Our publications
        • Reissue
      • Electronic books
        • In Azerbaijani
        • In other language
        • Golden Fund
          • Literature
          • Sound Library
    • BIBLIOGRAPHIC SERVICE
      • Informational bibliography
        • Bibliographic indicators
        • Daycest
        • Slides
      • National Literature
        • Recommended literature
      • Scientific methodology
        • Methodological resources
        • Remarkable days
    • MULTIMEDIA
      • Virtual Exhibition
      • Audio Books
        • Talking books
        • Tales, stories, poems
        • Anecdotes for children
        • Textbooks
      • Cartoons
      • Children's songs
    • CONTACT
    Az | Ru
      • AZ
      • RU
    logo
    Xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakı ilə tədbir keçirilib
    04-11-2025 11:02:00

    4 noyabr 2025-ci il tarixində  Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 2 nömrəli Uşaq Reabilitasiya Mərkəzi və Respublika Uşaq Kitabxanasının 2 saylı filialı birgə əməkdaşlıq çərçivəsində “Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir təşkil edib. Tədbirdə həmçinin ənənəvi kitab sərgisi də təqdim olunub.

    Təşkil olunan tədbirdə mərkəzin kollektivi, Bülbül adına orta ixtisas musiqi məktəbinin müəllim və şagird heyəti, qonaqlar, kitabxana əməkdaşları və kiçik yaşlı oxucular iştirak ediblər. 

    Öncə  Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib, daha sonra Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Azərbaycan Konstitusiyasının xalqımızın azad iradəsinin ifadəsi, dövlətimizin suverenliyinin isə hüquqi təməli olduğunu vurğulayıblar. Həmçinin 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyəti qeyd olunub, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan Şanlı Zəfərin Azərbaycan tarixində qürur səhifəsi kimi yer aldığı bildirilib. 

    Tədbirdə şagirdlərin təqdimatında səslənən vətənpərvərlik ruhunda şeirlər, musiqi nömrələri və qəhrəmanlıq mahnıları iştirakçılara duyğulu anlar yaşadıb. Kitabxana əməkdaşları sərgidə nümayiş olunan ədəbiyyat barədə iştirakçılara məlumat təqdim ediblər. 

    Tədbirin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların sosiallaşmasına, onların cəmiyyətin fəal üzvü kimi formalaşmasına, fərdi qabiliyyət və maraqlarına uyğun fəaliyyət göstərmələrinə dəstək olmaqdır.

     

    ABOUT US

    • Our History
    • Managment
    • Department
    • Branches
    • For Children With Disabilities
    • Our projects
    • Rules of use
    • Photo gallery
    • Video Gallery
    • Media
    • Rainbow Magazine
    • Reports
    • Archive
    • Xəbərlər

    NEW LITERATURE

    • Our publications
    • Reissue
    • Literature
    • Sound Library
    • In Azerbaijani
    • In other language

    BIBLIOGRAPHIC SERVICE

    • Bibliographic indicators
    • Daycest
    • Slides
    • Recommended literature
    • Methodological resources
    • Remarkable days

    Address:

    • Baku city, S.Vurgun street 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft