• Az | Ru
    • ABOUT US
      • Our History
      • Structure
        • Managment
        • Department
        • Branches
      • For Children With Disabilities
      • Our projects
      • Rules of use
      • Photo gallery
      • Video Gallery
      • Media
      • Rainbow Magazine
      • Reports
      • Archive
      • Xəbərlər
    • NEW LITERATURE
      • New books
        • Our publications
        • Reissue
      • Electronic books
        • In Azerbaijani
        • In other language
        • Golden Fund
          • Literature
          • Sound Library
    • BIBLIOGRAPHIC SERVICE
      • Informational bibliography
        • Bibliographic indicators
        • Daycest
        • Slides
      • National Literature
        • Recommended literature
      • Scientific methodology
        • Methodological resources
        • Remarkable days
    • MULTIMEDIA
      • Virtual Exhibition
      • Audio Books
        • Talking books
        • Tales, stories, poems
        • Anecdotes for children
        • Textbooks
      • Cartoons
      • Children's songs
    • CONTACT
    Az | Ru
      • AZ
      • RU
    logo
    2 Aprel – Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə uşaq yazarları ilə görüş keçirilib
    02-04-2026 17:09:00

    2 aprel 2026-cı il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 2 Aprel – Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunmuş  tədbir təşkil olunub. Bu əlamətdar gün  1967-ci ildə International Board on Books for Young People (Uşaq Kitabları üzrə Beynəlxalq Şura) tərəfindən təsis edilib. Məqsəd uşaqların kitaba marağını artırmaq, uşaq ədəbiyyatını təşviq etmək və dünya xalqları arasında mədəni körpülər yaratmaq olub.  Dünyanın bir çox ölkəsində qeyd olunan bu əlamətdar gün uşaq ədəbiyyatının əhəmiyyətini vurğulamaq, balacalarda mütaliə sevgisini formalaşdırmaq və onların intellektual inkişafına töhfə vermək məqsədi daşıyır. 

    Tədbirdə “İdrak liseyi”, “İndigo” uşaq bağçası, eləcə də 7, 143, 172 və 177 nömrəli ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər. Kitabxananın direktoru Şəhla Qəmbərova çıxış edərək bildirib ki, Beynəlxalq Uşaq Kitabı Günü uşaqların kitabla dostluğunun möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. O qeyd edib ki, kitabxana tərəfindən hər il bu Günün qeyd olunması uşaqların mütaliəyə marağını artırmaqla yanaşı, onların dünyagörüşünün zənginləşməsinə xidmət edir.

    Tədbir çərçivəsində Azərbaycan və dünya uşaq ədəbiyyatının seçmə nümunələrindən ibarət zəngin kitab sərgisi təşkil olunub. Nağıllar, hekayələr, ensiklopediyalar və digər maarifləndirici nəşrlər şagirdlərin böyük marağına səbəb olub.  

    Günün ən yaddaqalan məqamlarından biri tanınmış uşaq yazarları – Bəhram Bağırzadə,  Lalə Umud, Elnarə Cahan, Elvira Məmmədova,  Humayun Sevinc  və rəssam Fuad  Manafov ilə keçirilən görüş olub. Müəlliflər öz yaradıcılıqları haqqında məlumat verib, uşaqların suallarını cavablandırıblar. Səmimi və interaktiv mühitdə baş tutan görüş şagirdlər üçün həm maarifləndirici, həm də ilhamverici təcrübəyə çevrilib. 

    Bu cür tədbirlərin keçirilməsi uşaqlarda kitab oxumağa marağın artırılmasına, onların mütaliə vərdişlərinin formalaşdırılmasına və yaradıcı düşüncə qabiliyyətlərinin inkişafına mühüm töhfə verir. Yazıçılarla birbaşa ünsiyyət isə uşaqlara yaradıcılıq prosesini yaxından tanımaq imkanı yaradır, onları yeni ideyalar axtarmağa və özlərini ifadə etməyə həvəsləndirir. 

    Beynəlxalq Uşaq Kitabı Günü bir daha xatırladır ki, kitab uşaqların dünyanı anlamaq, xəyal gücünü genişləndirmək və gələcəyin savadlı, düşünən fərdləri kimi formalaşmaq yolunda ən dəyərli vasitələrdən biridir. 

     

    ABOUT US

    • Our History
    • Managment
    • Department
    • Branches
    • For Children With Disabilities
    • Our projects
    • Rules of use
    • Photo gallery
    • Video Gallery
    • Media
    • Rainbow Magazine
    • Reports
    • Archive
    • Xəbərlər

    NEW LITERATURE

    • Our publications
    • Reissue
    • Literature
    • Sound Library
    • In Azerbaijani
    • In other language

    BIBLIOGRAPHIC SERVICE

    • Bibliographic indicators
    • Daycest
    • Slides
    • Recommended literature
    • Methodological resources
    • Remarkable days

    Address:

    • Baku city, S.Vurgun street 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft