• Az | Ru
    • ABOUT US
      • Our History
      • Structure
        • Managment
        • Department
        • Branches
      • For Children With Disabilities
      • Our projects
      • Rules of use
      • Photo gallery
      • Video Gallery
      • Media
      • Rainbow Magazine
      • Reports
      • Archive
      • Xəbərlər
    • NEW LITERATURE
      • New books
        • Our publications
        • Reissue
      • Electronic books
        • In Azerbaijani
        • In other language
        • Golden Fund
          • Literature
          • Sound Library
    • BIBLIOGRAPHIC SERVICE
      • Informational bibliography
        • Bibliographic indicators
        • Daycest
        • Slides
      • National Literature
        • Recommended literature
      • Scientific methodology
        • Methodological resources
        • Remarkable days
    • MULTIMEDIA
      • Virtual Exhibition
      • Audio Books
        • Talking books
        • Tales, stories, poems
        • Anecdotes for children
        • Textbooks
      • Cartoons
      • Children's songs
    • CONTACT
    Az | Ru
      • AZ
      • RU
    logo
    Kitab və oxu mövzusunda maarifləndirici görüş keçirilib
    11-01-2026 10:49:00

    11 yanvar 2026-cı il tarixində Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında 141, 102 və 279 saylı orta məktəbin şagirdlərindən ibarət “Oxu Sev Book” oxu klubunun üzvləri ilə uşaq yazıçısı Çinarə Köçərlinin görüşü keçirilib.

    “Kitabı necə sevək?”  mövzusunda təşkil olunan görüşdə müəllif kitabın uşaqların dünyagörüşünün formalaşmasında, düşünmə və yaradıcılıq bacarıqlarının inkişafında mühüm rolundan bəhs edib. Həmçinin müasir dövrdə texnologiya ilə kitab arasında əlaqənin qurulmasının vacibliyini vurğulayaraq, cizgi filmləri əsasında hazırlanmış kitab nümunələrində QR-kodlardan istifadənin uşaqlarda oxuya marağın artırılmasına xidmət etdiyini qeyd edib.

    Görüş zamanı Çinarə Köçərli “Qorxmaz bir macəra” kitabında uşaqların cəmiyyətdə qarşılaşa biləcəkləri bullinq hallarına qarşı yazılmış hekayələrin məzmunu haqqında ətraflı məlumat verib. Müəllif “40 hekayə Aytəmiz” kitabında isə qızları təmizkarlığa, uşaqları isə təbiətin qorunmasına təşviq edən hekayələrin yumor janrında qələmə alınmasının kitabı uşaqlar üçün daha cəlbedici etdiyini diqqətə çatdırıb.

    Tədbir çərçivəsində uşaqların bilik və fəallığının artırılması məqsədilə vətənpərvərlik, xeyirxahlıq və mənəvi dəyərlər mövzularında viktorina təşkil olunub, qaliblər müəllif tərəfindən hədiyyə kitablarla mükafatlandırılıb. Oxu klubunun üzvləri oxuduqları əsərlərdən ilhamlanaraq hazırladıqları əl işlərini nümayiş etdiriblər. Kağız, rəng və müxtəlif formaların vəhdəti nəticəsində uşaqların daxili dünyasını əks etdirən yaradıcı nümunələr ortaya qoyulub.

    Tədbirin sonunda yazıçı kitabları imzalayıb və oxucularla xatirə şəkilləri çəkdirib.

    ABOUT US

    • Our History
    • Managment
    • Department
    • Branches
    • For Children With Disabilities
    • Our projects
    • Rules of use
    • Photo gallery
    • Video Gallery
    • Media
    • Rainbow Magazine
    • Reports
    • Archive
    • Xəbərlər

    NEW LITERATURE

    • Our publications
    • Reissue
    • Literature
    • Sound Library
    • In Azerbaijani
    • In other language

    BIBLIOGRAPHIC SERVICE

    • Bibliographic indicators
    • Daycest
    • Slides
    • Recommended literature
    • Methodological resources
    • Remarkable days

    Address:

    • Baku city, S.Vurgun street 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft