• Az | Ru
    • ABOUT US
      • Our History
      • Structure
        • Managment
        • Department
        • Branches
      • For Children With Disabilities
      • Our projects
      • Rules of use
      • Photo gallery
      • Video Gallery
      • Media
      • Rainbow Magazine
      • Reports
      • Archive
      • Xəbərlər
    • NEW LITERATURE
      • New books
        • Our publications
        • Reissue
      • Electronic books
        • In Azerbaijani
        • In other language
        • Golden Fund
          • Literature
          • Sound Library
    • BIBLIOGRAPHIC SERVICE
      • Informational bibliography
        • Bibliographic indicators
        • Daycest
        • Slides
      • National Literature
        • Recommended literature
      • Scientific methodology
        • Methodological resources
        • Remarkable days
    • MULTIMEDIA
      • Virtual Exhibition
      • Audio Books
        • Talking books
        • Tales, stories, poems
        • Anecdotes for children
        • Textbooks
      • Cartoons
      • Children's songs
    • CONTACT
    Az | Ru
      • AZ
      • RU
    logo
    Respublika Uşaq Kitabxanasının əməkdaşları Beynəlxalq Muzeylər Günü münasibətilə paytaxtın aparıcı muzeylərini ziyarət ediblər
    18-05-2026 08:45:00

    18 may  2026-cı il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları 18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə Səməd Vurğunun ev-muzeyini və Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər.

    Səməd Vurğunun ev-muzeyində əməkdaşlar şairin şəxsi əşyaları, kitabları və sənədli materialları ilə tanış olub, eksponatları diqqətlə nəzərdən keçirib, şairin ədəbi irsi ilə bağlı ətraflı məlumat toplayıblar. Ev-muzeyi ziyarətçilərə tarixi və ədəbi bilikləri daha canlı və yaddaqalan şəkildə çatdırmağa imkan yaradır.

    Milli Azərbaycan Tarixi Muzeyində aparılan izahlı turlar ziyarətçilərin suallarına cavab verib, onları qədim dövrlərin həyat tərzi, mədəniyyəti və adət-ənənələri haqqında məlumatlandırıb. Sərgilənən eksponatlar arasında qədim alətlər, sənət əsərləri, tarixi sənədlər və arxeoloji tapıntılar xüsusi diqqət çəkib.

    Xüsusilə Hacı Zeynalabdin Tağıyevin şəxsi evinin eksponatları böyük maraq doğurub. İştirakçılar bu tarixi məkanın Azərbaycan mədəniyyəti və tarixi üçün əhəmiyyətini yüksək qiymətləndiriblər. Muzey eksponatları tarixi hadisələri daha yaxşı anlamağa və gənc nəsillərin ölkə tarixini dərindən mənimsəməsinə imkan yaradıb.

    Kitabxana əməkdaşlarının muzey ziyarəti həm maarifləndirici xarakter daşıyıb, həm də iştirakçıların mədəni irsə marağını artırıb. Belə tədbirlər kitabxana ilə muzey arasında əməkdaşlığın inkişafına, habelə mədəni-maarif işinin gücləndirilməsinə töhfə verir.

    ABOUT US

    • Our History
    • Managment
    • Department
    • Branches
    • For Children With Disabilities
    • Our projects
    • Rules of use
    • Photo gallery
    • Video Gallery
    • Media
    • Rainbow Magazine
    • Reports
    • Archive
    • Xəbərlər

    NEW LITERATURE

    • Our publications
    • Reissue
    • Literature
    • Sound Library
    • In Azerbaijani
    • In other language

    BIBLIOGRAPHIC SERVICE

    • Bibliographic indicators
    • Daycest
    • Slides
    • Recommended literature
    • Methodological resources
    • Remarkable days

    Address:

    • Baku city, S.Vurgun street 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft