• Az | Ru
    • ABOUT US
      • Our History
      • Structure
        • Managment
        • Department
        • Branches
      • For Children With Disabilities
      • Our projects
      • Rules of use
      • Photo gallery
      • Video Gallery
      • Media
      • Rainbow Magazine
      • Reports
      • Archive
      • Xəbərlər
    • NEW LITERATURE
      • New books
        • Our publications
        • Reissue
      • Electronic books
        • In Azerbaijani
        • In other language
        • Golden Fund
          • Literature
          • Sound Library
    • BIBLIOGRAPHIC SERVICE
      • Informational bibliography
        • Bibliographic indicators
        • Daycest
        • Slides
      • National Literature
        • Recommended literature
      • Scientific methodology
        • Methodological resources
        • Remarkable days
    • MULTIMEDIA
      • Virtual Exhibition
      • Audio Books
        • Talking books
        • Tales, stories, poems
        • Anecdotes for children
        • Textbooks
      • Cartoons
      • Children's songs
    • CONTACT
    Az | Ru
      • AZ
      • RU
    logo
    Yücel Feyzioğlu ilə Nağıl-terapiyası nədir? mövzusunda görüş keçirilib
    07-05-2026 14:44:00

    7 may tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında türk xalqlarının şifahi ədəbiyyatını toplamaq, araşdırmaq və müasir oxuculara çatdırmaq sahəsində tanınan  yazıçı, nağılçı və folklor tədqiqatçısı Yücel Feyzioğlu ilə “Nağıl-terapiyası nədir?” mövzusunda görüş keçirilib. 

    Tədbirdə AMEA-nın Nizami  Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları – Dosent f.ü. f.d.  İlhamə Ağazadə və  Gülnar Qəmbərli, Folklor İnstitutunun şöbə müdiri Səriyyə Gündoğdu, yazıçı, prof.f.ü. f.d.  Zahid Xəlil, yazıçı- psixoloq İlqar Kamil, yazarlar Reyhan Yusifqızı,  Sevinc Nuruqızı, həmçinin digər ədəbiyyat nümayəndələri və gənc psixoloqlar qonaq qismində iştirak ediblər.

     Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova çıxışında nağıl-terapiyanın uşaqların emosional, psixoloji və davranış inkişafında mühüm rol oynadığını bildirib. O qeyd edib ki, bu yanaşma nağıl və hekayələr vasitəsilə uşaqlara öz qorxu və narahatlıqlarını ifadə etmək, daxili gərginliklərini azaltmaq imkanı yaradır. Nağıllar uşaqlarda empatiya hissini gücləndirir, özünəinamı artırır və çətin situasiyaların həll yollarını daha asan qavramağa kömək edir. Onun sözlərinə görə, nağıl-terapiya həm tərbiyəvi, həm də psixoloji baxımdan effektiv metod kimi çıxış edir. 

    Daha sonra Yücel Feyzioğlu çıxışında  keçdiyi yaradıcılıq yolundan danışıb. Müəllif bildirib ki, qələmə aldığı nağıllar yalnız şəxsi yaradıcılığının deyil, eyni zamanda yüzlərlə nağılçı, ozan və xalq sənətkarının illərlə formalaşdırdığı zəngin folklor irsinin nəticəsidir. O, “Nağılsız uşaq, nağılsız ölkə ola bilməz” fikrini xüsusi vurğulayıb.

    İlqar Kamil isə  çıxışında nağıl-terapiyanın praktik tətbiqinə dair nümunələr təqdim edib. O bildirib ki, nağıllar uşaqlarda davranış pozuntularının aradan qaldırılması, qorxu və narahatlıqların azaldılması, həmçinin onların emosional inkişafının dəstəklənməsində təsirli vasitələrdən biri hesab olunub.

    Tədbir çərçivəsində qardaş Türkiyədə fəaliyyət göstərən bir neçə uşaq yazıçısı və tədqiqatçı ilə onlayn canlı bağlantı yaradılıb. Çıxış edən qonaqlar müasir dövrdə nağıl-terapiyanın əhəmiyyətindən, texnologiya əsrində uşaqların nağıl dinləməsinin onların mənəvi və psixoloji inkişafına müsbət təsir göstərdiyindən bəhs ediblər. Onlayn görüşdə Pamukkale Universitetinin Çağdaş Türk ləhcələri və ədəbiyyatı bölməsinin müəllimi, ədəbiyyat dili üzrə mütəxəssis və uşaq ədəbiyyatı araşdırmaçısı, doktor Yaşar Sözen, həmçinin İnsan və Toplum Bilimləri Fakültəsinin Çağdaş Türk ləhcələri və ədəbiyyatları üzrə prof. Soner Sağlam çıxış ediblər. Qonaqlar nağıl ənənəsinin yaşadılmasının uşaqların milli-mənəvi dəyərlərə bağlı böyüməsində mühüm rol oynadığını vurğulayıblar.

    Tədbirin keçirilməsində əsas məqsəd uşaqlar arasında mütaliə mədəniyyətinin təşviq edilməsi, nağıl və folklor irsinin təbliği, türk dünyasının ortaq ədəbi-mədəni dəyərlərinin tanıdılması, eləcə də gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi olub. Görüş zamanı nağıl-terapiyanın uşaqların psixoloji və mənəvi inkişafındakı rolu, müasir dövrdə uşaq ədəbiyyatının əhəmiyyəti və folklor ənənələrinin yaşadılmasının vacibliyi diqqətə çatdırılıb. 

    ABOUT US

    • Our History
    • Managment
    • Department
    • Branches
    • For Children With Disabilities
    • Our projects
    • Rules of use
    • Photo gallery
    • Video Gallery
    • Media
    • Rainbow Magazine
    • Reports
    • Archive
    • Xəbərlər

    NEW LITERATURE

    • Our publications
    • Reissue
    • Literature
    • Sound Library
    • In Azerbaijani
    • In other language

    BIBLIOGRAPHIC SERVICE

    • Bibliographic indicators
    • Daycest
    • Slides
    • Recommended literature
    • Methodological resources
    • Remarkable days

    Address:

    • Baku city, S.Vurgun street 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft