• Az | Ru
    • О НАС
      • Наша история
      • Структура
        • Руководство
        • Отделы
        • Филиалы
      • Для детей с ограниченными возможностями
      • Наши проекты
      • Правила Пользования
      • Фотогалерея
      • Видео галерея
      • СМИ
      • Журнал «Радуга»
      • Oтчеты
      • Архив
      • Xəbərlər
    • НОВАЯ ЛИТЕРАТУРА
      • Новые книги
        • Наши издания
        • Реставрация
      • Электронные книги
        • На азербайджанском языке
        • На других языках
        • Золотой фонд
          • Литература
          • Фонотека
    • БИБЛИОГРАФИЧЕСКИЕ УСЛУГИ
      • Информационная библиография
        • Библиографические указатели
        • Полнотекстовые библиографические указатели
        • Слайды
      • Национальная литература
        • Рекомендуемая библиография
      • Научная методология
        • Методические пособия
        • Знаменательные дни
    • МУЛЬТИМЕДИА
      • Виртуальная выставка
      • Аудиокниги
        • Аудио книги
        • Сказки, рассказы, стихи
        • Анекдоты для детей
        • Учебники
      • Мультфильмы
      • Детские песни
    • КОНТАКТЫ
    Az | Ru
      • AZ
      • RU
    logo
    Görkəmli şəxsiyyətlərin yubileylərinə həsr olunmuş elektron resurslar hazırlanıb
    06-05-2026 15:40:00

    F.Köçərli adına Respublika Uşaq Kitabxanasının məlumat-biblioqrafiya şöbəsi tərəfindən mədəni irsin qorunması və təbliği istiqamətində elektron resursların hazırlanması davam etdirilməkdədir. Bu çərçivədə virtual oxucular üçün milli poeziyanın görkəmli nümayəndəsi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş “Milli poeziyamızın iftixarı: Səməd Vurğun – 120” adlı veblioqrafiya hazırlanıb.

    Veblioqrafiyada Azərbaycan Respublikasının Prezidentinin şairin 120 illiyinin qeyd edilməsi haqqında imzaladığı sərəncam yer alıb. Bununla yanaşı, Səməd Vurğunun həyat və yaradıcılığı, ədəbi irsi və Azərbaycan ədəbiyyatındakı rolu geniş şəkildə təqdim olunub. Görkəmli şəxsiyyətlərin şair haqqında söylədikləri dəyərli fikirlər toplanıb, əsərlərindən seçilmiş aforizmlər oxuculara təqdim olunub.

    Veblioqrafiyada həmçinin şairin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülmüş tədbirlər barədə məlumatlar yer ayrılıb. Belə ki, onun adının parklara, kitabxanalara və ev-muzeyinə verilməsi ilə xatirəsinin daim yaşadılması təmin olunmaqdadır. 

    Elektron resursda Səməd Vurğunun əsərlərinə bəstələnmiş mahnılar, şairin 13 kitabı tammətnli təqdim olunub, həmçinin  dövri mətbuatda dərc olunmuş 72 məqalə   virtual istifadəçilərə çatdırılıb.

    Məlumat-biblioqrafiya şöbəsi tərəfindən hazırlanan digər resurs isə Şərq memarlıq məktəbinin görkəmli nümayəndəsi Əcəmi Naxçıvaninin 900 illik yubileyinə həsr olunmuş “Şərq memarlığının zirvəsi: Əcəmi Naxçıvani – 900” adlı slayddır. Təqdimatda memarın zəngin yaradıcılığı, inşa etdiyi möhtəşəm memarlıq abidələri, o cümlədən Şərq memarlıq üslubunun formalaşması və inkişafındakı müstəsna rolu geniş şəkildə işıqlandırılıb.

    Hazırlanmış materialda Azərbaycan Respublikasının Prezidentinin Əcəmi Naxçıvaninin yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığı sərəncam yer alıb. Təqdimatda memarın həyat və fəaliyyətinə dair 8 adda kitab, eləcə də dövri mətbuatda dərc olunmuş materiallar toplanıb və sistemli şəkildə istifadəçilərə təqdim olunub. 

     Hazırlanmış hər iki elektron resurs maarifləndirici əhəmiyyət daşımaqla istifadəçilərin milli ədəbiyyat və memarlıq irsi haqqında biliklərinin artırılmasına xidmət etməkdədir.

    Təqdim edilən elektron resurslardan kitabxananın rəsmi informasiya platforması vasitəsilə tanış olmaq mümkündür.

    https://www.clb.az/biblioqrafik-xidm%C9%99t/melumat-biblioqrafiya/veblioqrafiya/milli-poeziyamizin-iftixari-s-m-d-vurgun-120

    https://www.clb.az/biblioqrafik-xidm%C9%99t/melumat-biblioqrafiya/slaydlar/c-mi-naxcivani-s-rq-memarliginin-zirv-si

    О НАС

    • Наша история
    • Руководство
    • Отделы
    • Филиалы
    • Для детей с ограниченными возможностями
    • Наши проекты
    • Правила Пользования
    • Фотогалерея
    • Видео галерея
    • СМИ
    • Журнал «Радуга»
    • Oтчеты
    • Архив
    • Xəbərlər

    НОВАЯ ЛИТЕРАТУРА

    • Наши издания
    • Реставрация
    • Литература
    • Фонотека
    • На азербайджанском языке
    • На других языках

    БИБЛИОГРАФИЧЕСКИЕ УСЛУГИ

    • Библиографические указатели
    • Полнотекстовые библиографические указатели
    • Слайды
    • Рекомендуемая библиография
    • Методические пособия
    • Знаменательные дни

    Адрес:

    • г. Баку, ул. С.Вургуна 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft