3 May

Beynəlxalq Günəş Günü, (1994) 

Bu gün YUNESKO-nun qərarı ilə təyin olunmuşdur. Yer kürəsinə ən yaxın ulduz Günəşdir. Yaşayışın mənbəyi olan Günəşi nə qədər tanıyırıq? Beynəlxalq Günəş Günü artıq on ildən çoxdur ki, may ayının 3-də qeyd edilir. Günəş Günü Milli Uçuş və Kosmos İdarəsi tərəfindən qeyd edilir. Günəş bitki və heyvanlar aləminə lazım olan istiliyi, işığı verir. Yer Kürəsinin atmosferini formalaşdırır.  Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük  şairimiz Məmməd Araz hələ 1982-ci ildə maraqlı bir şeir yazmışdır: “Günəş günü”. Bu şeir təbiəti, işığı, yerin və göyün gözəlliklərini, eləcə də insanın ruhundakı nuru, xeyirxah əməlləri qorumaq üçün bir çağırış idi:

Əkinçi, səpinçi gününə yaxın,

Dəmirçi, kömürçü gününə yaxın,

Bu günü qoparaq il budağından,

Elə adisinin, elə bozunun.

Süpürüb qarını, silib tozunu

Yuyub gözümüzdə, sözümüzdə biz

Sərib qurudub da sinəmizdə biz,

O günə ad verək, ad – Günəş günü,

Əkək ağlımıza, yaddaşımıza.

Bir gün salam verək, - İşığın aydın!

Töhfəmiz olmasın işıqdan ayrı...

Bu şeir yazılandan xeyli sonra – 1994-cü ildə beynəlxalq təqvimlərdə əlamətdar günlər sırasına biri də əlavə olundu: Günəş Günü. Beynəlxalq Günəş Enerjisi Cəmiyyətinin Avropa bölməsinin təşəbbüsü ilə insanların diqqətini bərpa olunan enerji mənbələrinə cəlb etmək üçün hər il mayın 3-də dünyada Günəş Günü qeyd olunur. Həmin gündə alimlər, ictimai təşkilatlar və şirkətlər günəş enerjisinin imkanlarını nümayiş etdirmək üçün müxtəlif tədbirlər təşkil edirlər. 

 

Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü, (1993)

1991-ci il mayın 3-də Namibiyanın paytaxtı Vindhukda regional seminara toplaşmış jurnalistlər azad və müstəqil informasiya vasitələrinə yardımçı olmaq məqsədilə bütün dünya hökumətlərinə mətbuat azadlığının və demokratikliyinin təminatına yardımçı olmağa çağıran  Vindhuk Bəyannaməsini qəbul ediblər. Buna görə, BMT Baş Məclisi 1993-cü ildə mayın 3-nü Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü elan edib. Söz və mətbuat azadlığı demokratiyanın meyarı olaraq tanınır. Söz azadlığının olmadığı ölkələrdə insan hüquqlarının pozulması hallarına daha çox rast gəlinir. Bu gün bir çox beynəlxalq qurumlar ölkələrdə söz və mətbuat azadlığını diqqət mərkəzində saxlayırlar. 

 

Türk Dünyasının Həmrəyliyi Günü, (1944)

Türk millətinin bayrağı onun müqəddəslik simvoludur.

Bu tarixi gün ilk dəfə 1944-ci ilin 3 mayında Topxana hərbi həbsxanasında 10 nəfər məhkum tərəfindən qeyd olunub. Azərbaycanda Türkçülük Günü 1992-ci ilin may ayının 3-dən etibarən qeyd edilir. Türkçülük Günü Türkiyədə daha geniş qeyd olunur. Azərbaycanda isə bu günü əsasən milliyyətçilər qeyd edirlər. Hər bir xalq öz keçmişini, tarixini bilməli, özünü tanımalı və mirası yaşatmalıdır. 3 May tarixinin Türkçülük Günü kimi tarixə yazılmasında, türkçülük uğrunda mübarizə aparan insanlar uzun illər təqiblərə məruz qalmışlar. Türkçülük Günü əslində Türkiyədən qaynaqlanır. Türk dünyası bütün dünyaya ədalət, hürriyyət gətirdi. Sonradan türkü məhv etmək üçün müəyyən qüvvələr hərəkətə gəldi. Türk dövlətləri sıradan çıxarıldı, 1918-ci ildə Birinci Dünya müharibəsi bitənə kimi Osmanlı imperiyasını da çökdürdülər. Bundan sonra meydana Atatürk gəldi və türk millətini, türk milliyyətçilərini qalibiyyətə apardı. Atatürkdən sonra baş verən proseslər yenidən Qərb dünyasının istəyi ilə getməyə başladı. Bu dövrdə milliyətçilər təqiblərə məruz qaldılar və bunun kuliminasiya nöqtəsi isə 3 may 1944-cü ildə baş verdi.  

 

Məhəmməd Abdullayev Ramazan oğlu 

1992-ci il mayın 3-də Balakən rayonunun Talalar kəndində anadan olub. 1998-2009-cu illərdə 2 saylı Talalar kənd tam orta məktəbində təhsil alıb. Məhəmməd Abdullayev 2010-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Məhəmməd Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü iştirak edib.

 

 

Əhmədov Amal Rauf oğlu

Amal Əhmədov 1996-cı il mayın 3-də Rusiya Federasiyasının Tver şəhərində anadan olub. 2002–2013-cü illərdə Gəncə şəhərində C. Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə təhsil alıb. 2013-cü ildə Gəncə Texniki Kollecinə daxil olub, 2014-cü ildə isə təhsilini dayandıraraq hərbi xidmətə yollanıb. Subay idi.

Amal Əhmədov 2014–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Amal Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amal Əhmədov oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Əhmədov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Əhmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Əlizadə Famil Habil oğlu

Famil Əlizadə 1999-cu il mayın 3-də Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. 2005-2016-cı illərdə Ərkivan qəsəbəsinin tam orta məktəbində, 2016-2017-ci illərdə Bakı şəhərində 2 saylı peşə məktəbində təhsil alıb. Famil Əlizadə 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.2017–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Ordusunun əsgəri olan Famil Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib.

Oktyabrın 21-də şiddətli Füzuli döyüşlərində şəhid olub. Masallı rayonunun Ərkivan qəsəbəsində dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Famil Əlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Famil Əlizadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Məmmədov Yasin İman oğlu

Yasin İman oğlu Məmmədov 1998-ci il mayın 3-də Gədəbəy rayonu Ağamalı kəndində anadan olub.  2020-ci il oktyabrın 27-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yasin Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Yasin Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Yasin Məmmədov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

 

Novruzov Elvin Ziyafət oğlu

Elvin Novruzov 2001-ci il mayın 3-ü Sumqayıt şəhərində anadan olmuşdur. Sumqayıt şəhəri Tofiq İsmayılov adına 29 nömrəli tam orta məktəbdə təhsil almışdır. Subay idi.23 oktyabr 2020 ildə qəhrəmancasına həlak olmuşdur. Elvin Novruzov 2019-cu il iyunun 22-si hərbi xidmətə çağırılmışdır. Xidmətinə Ağcabədidə başlamışdır. Manqa komandiri olmuşdur. 2020-cil sentyabrın 27-si Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Qubadlının azad edilməsi uğrundan gedən döyüşlərdə qəhrəmancasına döyüşərək həlak olmuşdur. Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilmişdir. 

Əsgər Novruzov Elvin Ziyafət oğlu ölümündən sonra Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı, Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamı ilə "Cəbrayılın azad olunmasına görə" medalı, Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamı ilə "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilmişdir.