• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    F.Köçərli adına Respublika Uşaq Kitabxanası "OXU, YARAT, QAZAN!" devizi altında Yay Festivalına start verib
    19-06-2025 12:38:00

    F. Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən təşkil olunan Yay Festivalı, uşaqların yay tətilini daha dolğun, məzmunlu və yaradıcı şəkildə keçirmələri məqsədilə həyata keçirilir. “OXU, YARAT, QAZAN!” devizi ilə keçiriləcək  festival, oxu mədəniyyətinin təbliği, uşaqlarda yaradıcılıq potensialının inkişafı və onların asudə vaxtlarının mənalı şəkildə təşkil olunmasına yönəlmişdir.

    Festival aşağıdakı əsas istiqamətləri əhatə edir:

    OXU – “Kitabların sehrli dünyasına səyahət et!”

    Bu istiqamət üzrə uşaqları kitab oxumağa həvəsləndirmək, onlarda mütaliəyə maraq yaratmaq məqsədilə interaktiv tədbirlər, oxu saatları və tematik müzakirələr təşkil ediləcək. Tədbirlər uşaqların kitablarla emosional və intellektual bağ qurmasına kömək edəcək.

    YARAT – “Daxilindəki sənətkarı oyat!”

    Yaradıcılıq bacarıqlarını üzə çıxarmaq və inkişaf etdirmək məqsədilə iştirakçılar üçün rəsm və boyama məşğələləri, tətbiqi sənət nümunələrinin hazırlanması, ekoloji əl işləri və müxtəlif tematik master-klasslar keçiriləcək. Bu istiqamət uşaqlarda estetik zövqün formalaşmasına və fərdi bacarıqların təşviqinə xidmət edəcək.

    QAZAN – “Selfi çək, paylaş, ulduz ol!”

    Festival iştirakçıları öz yaradıcı fəaliyyətlərini sosial şəbəkələrdə paylaşaraq müxtəlif nominasiyalar üzrə müsabiqələrə qatılmaq imkanı əldə edəcəklər. Bu, uşaqların özünüifadəsini təşviq etməklə yanaşı, onların  bacarıqlarının da inkişafına xidmət edəcək.

    Festivalın keçirilmə müddəti: 18 iyun – 1 sentyabr 2025-ci il

    Final mərhələsi: 10 sentyabr 2025-ci il

    Festival çərçivəsində aktivliyi və fəallığı ilə seçilən  iştirakçılar müxtəlif nominasiyalar üzrə qalib seçilərək kitab hədiyyələri ilə mükafatlandırılacaqlar.

       

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft