• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • Xəbərlər
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    İki elektron resurs virtual oxuculara təqdim edilib
    07-08-2026 13:03:00

    F.Köçərli adına Respublika Uşaq Kitabxanası oxucuların informasiya təminatının gücləndirilməsi, milli-mədəni irsin, klassik Azərbaycan ədəbiyyatının və ana dilinin təbliği istiqamətində elektron resursların hazırlanmasını davam etdirir.

    Respublika Uşaq Kitabxanasının Ölkəşünaslıq və milli ədəbiyyatın təbliği şöbəsi tərəfindən Azərbaycan şairi və mütəfəkkiri Xaqani Şirvaninin 900 illik yubileyi münasibətilə “Dünya şöhrətli söz ustadı Xaqani Şirvani” adlı virtual sərgi hazırlanıb. Virtual sərgi ümumilikdə 7 bölmədən ibarətdir. Sərgidə şairin həyat və yaradıcılığını, ədəbi irsini və onun haqqında aparılan elmi araşdırmaları əks etdirən zəngin materiallar toplanıb. Elektron resursda 20 kitab, 20 məqalə və 10 tarixi-xatirə fotoşəkili təqdim olunub. Sərgi istifadəçilərə Xaqani Şirvaninin yaradıcılığı ilə yaxından tanış olmaq, onun Azərbaycan və dünya ədəbiyyatındakı mövqeyi haqqında ətraflı məlumat əldə etmək imkanı yaradır.

    Bununla yanaşı, Azərbaycan dilinin inkişafı, qorunması və təbliği istiqamətində hazırlanmış “Azərbaycan dili: inamlı gələcək” adlı elektron baza da oxucuların istifadəsinə verilib. Elektron baza 7 bölmədən ibarət olmaqla Azərbaycan dilinin tarixi, inkişaf mərhələləri, dövlət dili siyasəti, dilin saflığının qorunması və zənginləşdirilməsi ilə bağlı müxtəlif informasiya resurslarını özündə birləşdirir.

    Elektron bazanın videoqalereya bölməsində mövzu ilə bağlı 12 videomaterial yerləşdirilib. Bundan əlavə, bazada Azərbaycan dili ilə bağlı 128 məqalə və 23 kitabın elektron biblioqrafik məlumatı və ya tam mətni istifadəçilərə təqdim edilir. 

    Kitabxana tərəfindən mütəmadi olaraq hazırlanan virtual sərgilər və elektron məlumat bazaları istifadəçilərə məsafədən operativ və etibarlı informasiya əldə etmək imkanı yaradır. Bu resurslar oxucuların zəngin elektron informasiya mənbələrindən rahat şəkildə faydalanmasına, eyni zamanda Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, ədəbi irsinin və ana dilinin daha geniş auditoriyaya çatdırılmasına xidmət edir.

    Elektron resurslar ilə aşağıdakı linklər  vasitəsilə tanış ola bilərsiniz:

    https://clb.az/elektron/Anadili/index.html

    https://www.clb.az/multi-medi-a/virtual-sergi/dunya-sohr-tli-soz-ustadi-xaqani-sirvani

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • Xəbərlər
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft