• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    Məktəblilər üçün maarifləndirici ekskursiyalar təşkil olunub
    22-04-2026 02:35:00

    22 aprel 2026 cı il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında məktəblilər üçün maarifləndirici və maraqlı ekskursiya təşkil edilib. Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ərəfəsində keçirilən tədbirdə 1 nömrəli Uşaq İnkişaf Mərkəzi, həmçinin 53 və 57 nömrəli tam orta məktəblərin şagirdləri iştirak ediblər.

    Ekskursiya çərçivəsində azyaşlı oxucular kitabxananın zəngin kitab fondu, oxu zalları və kitabxana ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Tədbir zamanı uşaqlara müəllif əməyinə hörmətin vacibliyi, intellektual mülkiyyətin qorunması və kitabın yaranma tarixi ilə bağlı maraqlı məlumatlar təqdim olunub.

    Bildirilib ki, 23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü 1995-ci ildə UNESCO tərəfindən təsis edilib və bu günün qeyd olunmasında əsas məqsəd oxu mədəniyyətinin təşviqi, müəllif hüquqlarının qorunması və kitabın cəmiyyətdə rolunun artırılmasıdır.

    Kitabxana əməkdaşları tərəfindən şagirdlərə kitabın insan həyatındakı əvəzsiz rolu, mütaliənin fərdi inkişaf və şəxsiyyətin formalaşmasındakı əhəmiyyəti barədə ətraflı məlumat verilib. Ekskursiya zamanı şagirdləri maraqlandıran suallar cavablandırılıb, kitabxanaya üzv olma qaydaları izah edilib.

    Bununla yanaşı, uşaqlar elektron kataloq sistemi ilə tanış olub, sevdikləri nağıl qəhrəmanları və elmi-kütləvi ədəbiyyatlar haqqında fikir mübadiləsi aparıblar.

    Qeyd edək ki, bu cür maarifləndirici ekskursiyaların keçirilməsində əsas məqsəd məktəblilərin dünyagörüşünü genişləndirmək, onların kitaba marağını artırmaq və asudə vaxtlarının səmərəli təşkilinə töhfə verməkdir.

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft