• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • Xəbərlər
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    Milli-mədəni irsin təbliğinə həsr olunmuş virtual sərgi oxuculara təqdim edilib
    17-11-2026 21:57:00

    F.Köçərli adına Respublika Uşaq Kitabxanası milli-mədəni irsimizin qorunması, tarixi yaddaşımızın yaşadılması, milli dəyərlərimizin təbliği və zəngin mədəni irsimizin müasir informasiya texnologiyalarının imkanlarından istifadə edilməklə geniş oxucu auditoriyasına çatdırılması istiqamətində fəaliyyətini davam etdirir.

    Kitabxananın Ölkəşünaslıq və Milli ədəbiyyatın təbliği şöbəsi tərəfindən Azərbaycanın dövlətçilik ənənələrini, milli kimliyini, tarixi-mədəni irsini və memarlıq zənginliyini əks etdirən “Üç rəngin işığında” və “Memarlıq inciləri” adlı iki yeni virtual sərgi oxuculara təqdim edilib.

    “Üç rəngin işığında” adlı virtual sərgi Azərbaycan Respublikasının dövlət rəmzlərinin mahiyyətini, milli-mənəvi dəyərlər sistemini, dövlətçilik tarixinin mühüm mərhələlərini və xalqımızın tarixi yaddaşını əks etdirən zəngin informasiya mənbələrini özündə birləşdirir. Sərginin ekspozisiyasında mövzuya dair 77 material təqdim edilir. Burada yer alan sənədli və vizual mənbələr Azərbaycan dövlətçiliyinin tarixi əsaslarının, milli rəmzlərimizin ideya-məzmun xüsusiyyətlərinin və müstəqillik dəyərlərinin daha dərindən mənimsənilməsinə imkan yaradır.

    “Memarlıq inciləri” adlı virtual sərgi isə Azərbaycanın çoxəsrlik memarlıq ənənələrinin, şəhərsalma mədəniyyətinin, tarixi abidələrinin və monumental sənət nümunələrinin təbliğinə həsr olunub. Sərgidə milli memarlıq irsimizin müxtəlif dövrlərini və üslub xüsusiyyətlərini əks etdirən  74 material nümayiş olunur. Təqdim edilən mənbələr vasitəsilə oxucular ölkəmizin memarlıq tarixinin inkişaf mərhələləri, abidələrin bədii-estetik xüsusiyyətləri, milli memarlıq məktəblərinin formalaşması və mədəni irsimizin özünəməxsus cəhətləri ilə tanış olmaq imkanı əldə edirlər.

    Hər iki virtual sərgi zəngin informasiya və vizual materialların sistemli şəkildə təqdim olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Sərgilər yalnız məlumatlandırma funksiyası daşımır, eyni zamanda oxucularda tarixi şüurun, milli özünüdərkin, mədəni irsə hörmət və məsuliyyət hissinin formalaşmasına, tədqiqat və mütaliə marağının stimullaşdırılmasına xidmət edir.

    Müasir kitabxana-informasiya fəaliyyətinin tələblərinə uyğun olaraq hazırlanmış bu virtual ekspozisiyalar ənənəvi kitabxana resurslarının rəqəmsal mühitdə təqdimatına, informasiya əlçatanlığının genişləndirilməsinə və milli-mədəni sərvətlərimizin daha geniş auditoriyaya çatdırılmasına töhfə verir.

    Oxucuları Azərbaycanın dövlətçilik tarixini, milli-mənəvi dəyərlərini və memarlıq irsinin zənginliyini əks etdirən virtual sərgilərlə tanış olmağa dəvət edirik!

    Virtual sərgilərə aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz:

    “Üç rəngin işığında”

    “Memarlıq inciləri”

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • Xəbərlər
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft