• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Müəllif saatı” layihəsi çərçivəsində yazıçı Zahid Xəlil ilə görüş
    27-04-2026 13:06:00

    Aprel ayının 27-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında növbəti “Müəllif saatı” təşkil olunub. Layihə çərçivəsində Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, professor  Zahid Xəlil ilə 215 nömrəli tam orta məktəbin 1-ci sinif şagirdlərinin görüşü baş tutub. Görüş zamanı şagirdlər yazıçı ilə səmimi söhbət apararaq onun yaradıcılığı, ədəbiyyata gəliş yolu və kitablarının yaranma prosesi haqqında suallar ünvanlayıblar. Zahid Xəlil çıxışında mütaliənin uşaqların intellektual inkişafında və dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını qeyd edərək şagirdləri Azərbaycan ədəbiyyatını daha yaxından tanımağa və ana dilinin zənginliyini qorumağa çağırıb.

    Tədbir çərçivəsində yazıçının “Şəkərabad şəhərinin uşaqları”, “Kralın kreslosu” və “Göy qurşağı” kitabları haqqında şagirdlərə ətraflı məlumat verilib. Əsərlərdə uşaq dünyasının zənginliyi, dostluq, xeyirxahlıq və milli-mənəvi dəyərlərin təbliği xüsusi vurğulanıb.

    Sonda məktəblilər yazıçı ilə xatirə şəkilləri çəkdirib və kitablarını müəllifə imzaladıblar.

    Tədbirin əsas məqsədi məktəblilərdə mütaliə vərdişlərini inkişaf etdirmək, onları Azərbaycan uşaq ədəbiyyatının tanınmış nümayəndələri ilə yaxından tanış etmək, həmçinin Azərbaycan dilinin və milli ədəbiyyatın təbliğini gücləndirməkdən ibarət olub.

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft