• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Uşaq kitab karvanı” İsmayıllıda
    22-10-2018 14:52:00

    22 oktyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə  “Uşaq Kitab Karvanı” bölgələrdə layihəsi çərçivəsində həyata keçirilən tədbir  İsmayıllı rayonunda baş tutdu. Uşaq kitab karvanının tərkibində uşaq yazıçılarndan Ələmdar Quluzadə, Sevinc Nuruqızı, Reyhan Yusifqızı və Solmaz Amanova iştirak edirdi.  F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova tədbiri açaraq layihə haqqında geniş məlumat verdi. Bildirdi ki, tədbirin keçirilməsində əsas məqsəd, səyyar sərgilər vasitəsilə uşaq ədəbiyyatına olan marağı artırmaq , uşaqları mütaliəyə cəlb edərək onların oxu ehtiyacını təmin etməklə bölgələrdə ictimaiyyətin diqqətini kitab və kitabxanaya yönəltməkdir. Tədbir iştirakçılarının bütün sualları uşaq yazıçıları tərəfindən cavablandırıldı. Nağıl otağında tədbirə qatılan  uşaqlar arasında müxtəlif viktorinalar keçirildi. Qaliblər kitab və jurnallarla mükafatlandırıldı. Eyni zamanda qeyd edək ki, layihə çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrin yaradılmasının 100 illiyi münasibətilə nəşr olunmuş yeni kitabların, uşaq ədəbiyyatlarının nümayişi və uşaq yazarları ilə imza saatı keçirildi. İsmayıllı  Uşaq kitabxanasına kitab karvani ilə gətirilən nəşriyyatların son illərdə nəşr etdiyi 500-ə yaxın uşaq kitabları, 14 adda metodik vəsait, “Göy Qurşağı” və “Qaranquş” uşaq jurnalları hədiyyə edildi.  Kitab karvanı təkcə uşaqların deyil,  ictimaiyyətin də sevincinə səbəb oldu. Tədbirdə iştirak edən İsmayıllı rayon ziyalıları layihə rəhbərlərinə öz təşəkkürünü bildirdi. 2011-ci ildə bu günə qədər layihə çərçivəsində bölgələrdə keçirilən səyyar kitab sərgisi azyaşlı və yeniyetmələr tərəfindən geniş marağa səbəb olmuş, ümumilikdə 26 rayon uşaq kitabxanalarına 23 minə yaxın kitab hədiyyə edilmişdir. “Uşaq Kitab Karvanı” bölgələrdə layihəsi çərçivəsində növbəti tədbirlərin 29 oktyabr 2018-ci il tarixə qədər Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında keçirilməsi nəzərdə tutulmuşdur.

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft