“Baby Star” uşaq bağçası Respublika Uşaq Kitabxanasına ekskursiya edib
29-03-2024 16:04:00
29 mart tarixində “Baby Star” uşaq bağçasının rus bölməsinin uşaqları Respublika Uşaq Kitabxanasına ekskursiya ediblər. Balacalar nağıl otağında cizgi film və “Düyməcik” nağılını izləyiblər. Daha sonra kiçik oxu zalında səsli nağıl kitabları,oyuncaqlı puzzle – kitabları ilə tanış olublar.
Ekskursiyanın keçirilməsində əsas məqsəd uşaqları kitabxana ilə tanış etmək və onlarda kitaba olan marağı artırmaqdır.